Kimin üçün ağlayırsınız? – Cavan zahidin sualı
Mьəllif: admin1
Tarix: 7-01-2021, 22:40
Kimin üçün ağlayırsınız? – Cavan zahidin sualı
Nəql edirlər ki, Bəsrədə bir cavan zahid var idi ki, ölüm yatağında idi. Qohumları onun yanında əyləşib ağlayırdılar.

Zahid üzünü atasına çevirib soruşur: “Atacan, niyə ağlayırsan?”

Atası deyir: “Necə ağlamayım ki, övladım dünyadan gedir və belim sınır”.

Zahid üzünü anasına çevirir və soruşur: “Anacan, sən niyə ağlayırsan?”.

Anası deyir: “Necə ağlamayım ki, düşünürdüm qocalığımda mənim əsam olacaqsan və mənə xidmət edəcəksən. Xəstələnəndə və öləndə başımın üstündə olacaqsan”.

Zahid həyat yoldaşından eyni sualı soruşur və o, deyir: “Necə ağlamayım ki, sənin ölümünlə övladlarım yetim və başsız qalacaqlar”

Zahid fəryad çəkir.

Sonra deyir: “Siz hamınız özünüz üçün ağlayırsınız. Heç kəs mənim üçün ağlamır ki, öləndən sonra başıma nələr gələcəkdir, halım necə olacaqdır? Nəkir ilə Münkərin suallarına cavab verə biləcəyəmmi?

Heç kəs mənim üçün ağlamır ki, məni tənha halda qəbrə qoyacaqlar. Əməllərim barəsində soruşacaqlar”.

Bunu deyir və canını tapşırır.

Allah Təala bizləri agah olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031