Qəlb riqqəti nədir? Necə əldə etmək olar?
Ayətullah Cavadi Amuli buyurur: “Qəlb riqqəti vardır və zəif qəlb vardır. Mümkündür ki, kimsə desin ki, mən ömrümdə bir qoyunun başının necə kəsildiyini görməmişəm. Bu qəlb riqqəti deyildir, bəlkə nəfsin zəif olmasıdır. Çünki o kəs ki, deyər mən bir qoyunun başının kəsilməsini görməyə taqətim yoxdur, ancaq kabab yeyən zaman kababın iyinin yoxsullara çatmasından etinasızdır. Qəlbi bu işlər üçün titrəmir. Onları düşünmür. Qəlb riqqəti – o fəzilətli insani sifətlərdəndir ki, nəfs zəif olan zaman fəzilət sayılmaz. O insan ki, Allahın əmri ilə yoxsul insanlara xidmət edər, qəlb riqqətinə malik olar. O şey ki, dini göstərişlərdən uzaqdır – qəlb riqqəti deyildir, bəlkə nəfsin zəif olmasıdır. Qəlb riqqəti odur ki, insan yoxsulu görən zaman həqiqətən də qəlbi titrəsin. O zaman ki, Qiyamətdən və cəhənnəmdən danışarlar – təsirlənsin. Buna deyirlər qəlb riqqəti. Qəlb riqqətinə malik olmağın yolu isə günah etməməkdir. İmam Əli (ə) buyurur: “Gözlər qurumağa düçar olmaz – məgər qəlb qəsavətinin təsirindən. Qəlb qəsavətə düçar olmaz – məgər çoxlu günahın təsirindən”". (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|