Namaz qılanların əlamətdar xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 9-01-2021, 22:01
Namaz qılanların əlamətdar xüsusiyyətləri
Namaz – dinin vacibatlarından olub, İslamın sütunu hesab olunur. Namaz o vacib əməldir ki, insanı Allaha yaxınlaşdırar və şeytandan (lən) uzaqlaşdırar.

İnsan namaz vasitəsilə Allahla söhbət edər və münacat edər. Allahın varlığını qəlb gözü ilə dərk edər.

Namazqılanların dərəcələri və mərhələləri vardır ki, onlarla tanış olaq:

1. İnsanların bəzisi namazı müti halda qılarlar. “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”.(“Muminun” 2).

2. Bəzi insanlar namaza nəzarət edərlər. “O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar”. (“Məaric” 34).

3. Bəziləri işlərini namaza görə tərk edərlər. “Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar”. (“Nur” 37).

4. Bəziləri namaza həvəslə gedərlər. “Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir”. (“Cümə” 9).

5. Bəziləri namazda ən yaxşı paltarlarını geyinərlər. “Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin)”. (“Əraf” 31).

6. Bəzilərinin namaza sabit eşqləri vardır. “O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər”. (“Məaric” 23).

7. Bəziləri namaz üçün səhər tezdən durarlar. “Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Quran oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın”. (“İsra” 79).

8. Bəziləri gecəni namaz qılaraq səhəri açarlar. “Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”. (“Furqan” 64).

9. Bəziləri səcdədə ağlayarlar. “Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tövhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər”. (“Məryəm” 58).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031