Dinimiz əfv və güzəşt etməyi bəyənir
Mübarək dinimiz əfv etməyi fəzilətli sifətlərdən hesab edərək, möminin sifətlərdən sayır. Hər kim əfv etməyi bacarırsa, Allah yanındakı məqamını qaldırar və onun sevimlisi olar.
Uca Allah da bağışlayan olduğu üçün, əfv etməyi bacaran bəndələrinə dəyər verər və onları özünə yaxınlaşdırar. Müqəddəs Quran buyurur ki, hər kim əfv etməyi bacarar – mükafatını Allah Özü verər. Quranın nəzərində əfv etməyin təsirləri ilə tanış olaq. “Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə, əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə, onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir”. (“Şura” 40). “Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbir etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir”. (“Şura” 43). “Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbir etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbir edənlər üçün daha yaxşıdır”. (“Nəhl” 126). “Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik”. (“Muminun” 96). “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34). “Əgər yaxşı işi aşkar etsəniz, ya gizlətsəniz, yaxud pislikdən (başqalarının pisliklərindən) keçsəniz (bunların hamısında İlahi xislətlərə yiyələnmisiniz və) həqiqətən Allah həmişə (günahlardan) keçən və qüdrətlidir”. (“Nisa” 149). Allah Təala bizləri güzəşt əhlindən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|