Bu insanlar hesabsız behiştə daxil olarlar
Mьəllif: admin1
Tarix: 11-01-2021, 21:38
Bu insanlar hesabsız behiştə daxil olarlar
Əfv və güzəşt etmək o fəzilətli sifətlərdəndir ki, saleh insanların və möminlərin bariz xüsusiyyətlərindən hesab olunur. Məsumlarımız (ə) bu sifəti mədh etmiş və ona tərəf dəvət etmişdilər.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Qiyamət günü olar, carçı car çəkər ki, hər kimin əcri Allahladır behiştə daxil olsun. Soruşarlar ki, kimin əcri Allahladır?

Deyər: “O kəslər ki, insanları əfv etmişdilər” və onlar hesab vermədən behiştə daxil olarlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizə dünya və axirətin ən üstün əxlaqından xəbər verimmi? O kəs ki, sizə zülm etmişdir – onu əfv etmək, sizinlə əlaqəsini kəsənlə əlaqə qurmaq, sizə pislik edənə yaxşılıq etmək, sizi məhrum edənə bəxşiş etməkdir”.

İmam Əli (ə) buyurur: “Əfv və güzəşt etmək – əxlaqi fəzilətin tacıdır”.

İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, büdrəmələrə görə əfv etməz və bağışlamaz. İnsanların eybini örtməz”.

İmam Əli (ə) buyurur: “İki şeyin savabı o qədər çoxdur ki, ölçülməz: bu, əfv etmək və ədalətdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031