Quran – bizim bugünkü ehtiyacımız
Mьəllif: admin1
Tarix: 13-01-2021, 11:21
Quran – bizim bugünkü ehtiyacımız
Quranda buyurulur ki:

اِنَّ هذَا القُرءانَ یَهدی لِلَّتی هِیَ اَقوَم

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola yönəldir.” (“İsra”/9.)

Bu Quran sizə daha möhkəm, daha güclü, daha əsaslı olanı göstərir, sizi bu istiqamətə yönəldir. Bu möhkəmlik, bu güc və sarsılmazlıq nəyə aiddir? Sizin bu dünyadakı həyatınıza, hörmət və nüfuz qazanmağınıza, həqiqi həyatınız olan axirət həyatına, – لَهِیَ الحَیَوان – “axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır.” (“Ənkəbut”/64.)

Bizim Qurana ehtiyacımız var. Bu Quran bizim bugünkü ehtiyacımızdır. Təkcə müsəlman dünyasının deyil, bütün bəşəriyyətin bu gün Qurana, doğrudan da, ehtiyacı var. İmperializmə qarşı mübarizə aparan, zülmə qarşı açıq-aşkar və qətiyyətlə çıxan, küfrə, günah və azğınlığın tüğyan etməsinə, tağuta qarşı qüdrətlə mübarizə aparan Qurandır:

اَلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ اللهِ وَالَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوتِ فَقاتِلوِّا اَولِیاّْءَ الشَّیطن

“İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostları ilə (kafirlərlə) vuruşun!” (“Nisa”/76.)

Quranın bu bəyan tərzi nə qədər güclüdür?! Bunlar bəşəriyyətin bu gün düçar olduğu problem və sıxıntılardır. Bu gün hansısa ölkənin prezidenti, yaxud kralı simasında insanlığa, xalqlara, sülhə, asayişə, hökumətlərin və ölkələrin sabitliyinə qarşı bəd əməllər törədənlər Quranın sərt bir şəkildə tənbeh etdikləridir. İnsanlar bunu dərk etməlidirlər. Quran bizə buyurur:

وَلا تَرکَنوا اِلَی الَّذینَ ظَلَموا فَتَمَسَّکُمُ النّار
“Zülm edənlərə meyil etməyin.” (“Hud”/113.)

Zalımlara inanmayın! Bu gün dünya xalqlarının problemi budur. (Ayətullah Xameneinin Quran məclisində etdiyi çıxışı – 6/05/2019.)

İslam ümmətinin inkişaf və xoşbəxtliyinin yeganı yolu Qurana əməl etməkdir. Qurana əməl etmək, əslində, Allahın ipindən yapışmaqdır və müsəlmanların fərdi, sosial və siyasi həyatında tənəzzülə, doğru yoldan sapma və zillətə uğramamasına səbəb olur.

Təəssüflər olsun ki, İslam ölkələri bu gün Qurana əməl etmədikləri üçün geridə qalmış və kafirlər onlara hakim kəsilmişlər. İslam ölkələri Qurandan ayrı düşdükləri üçün zillət xəstəliyinə tutulublar.

Quran bizə deyir ki, mömin kafirlər və dünya diktatorlarının qarşısında möhkəm bir sədd kimi dayanmalıdır. Əks-təqdirdə, zillət, fəsad, qan axıdılması və geriləmə qaçılmaz olacaq.

Pərvərdigara, bizi Quran əhli et! Bizi Quranla yaşat, Quranla öldür, Məhşər meydanına da Quranla gətir! (Ayətullah Xameneinin 26/04/2018-ci il tarixindəki çıxışı.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031