Salavatın insana 8 gözəl təsiri
Salavatın mübarək təsirləri ilə tanış olaq:
1. Günahları pak edər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hər gün mənə məhəbbət və şövq üzündən 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını ya həmin gündə və ya həmin gecədə bağışlayar”. 2. Qiyamət günü tərəzidir. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Qiyamət günü mən – əməl tərəzisiyəm. Hər kimin günah gözü həsənə gözündən ağır gələrsə, mənim üçün göndərdiyi salavatları gətirərəm və həsənə gözünə qoyaram ki, həsənə gözü ağır olsun”. 3. Behişti görmək. Peyğəmbərimiz (s) buyurur: “Hər kim hər gün mənə 1000 salavat göndərərsə, dünyadan getməz o zamana qədər ki, behiştdəki yerini görər”. 4. Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Musaya (ə) vəhy edir: “Ey Musa! İstəyirsənmi ki, Qiyamət gününün susuzluğu səni əhatə etməsin?”. Deyir: “Bəli”. Xitab gəlir: “Bu gün dünyada həbibimə salavat göndər ki, sabah Qiyamətin susuzluğundan amanda olasan”. 5. Şəfaətin vacib olması. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kəs mənə hər gün və hər axşam salavat göndərərsə, şəfaətim onun üçün vacib olar”. 6. Duanın yerinə yetirməsinin maneəsi aradan gedər. İmam Sadiq (ə) buyurur: “Həmişə dua və onun yerinə yetməsi arasında hicab olar. O zamana qədər ki, Peyğəmbərə (s) salavat göndərməzsən, o hicab aradan getməz”. 7. Hacətin yerinə yetməsi. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz – hacətlərinizin rəva olmasına səbəb olar və Allahı sizdən razı edər. Əməlləriniz pak və pakizə olar”. 8. Yoxsulluq aradan gedər. Həzrət Peyğəmbər (s) buyurur: “Salavat göndərmək yoxsulluğu aradan aparar”. /Deyerler.org/ Oxşar xəbərlər
|