Naməhrəmə haram baxışlardan necə qorunmaq olar?
Naməhrəmə haram baxışlar da başqa mənəvi və ruhi xəstəliklər kimi, iki tərəfdən – həm nəzəri və həm də əməli cəhətdən müalicə olunmalıdır.
Qurani-Kərimdə buyurulur: “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və özlərinin ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30). İnsanı bir mürəkkəb cihaza bənzətmək olar ki, müxtəlif hissələrdən təşkil edilmişdir. Nəzəri qüvvəsi bir hissəni təşkil edər, bədənin əməli qüvvəsi isə başqa hissəni təşkil edər. Mürəkkəb cihaz o zaman yaxşı işləyər ki, bu iki hissəsi yaxşı işləyər. İnsan da o zaman kamil olar ki, fikri və əməli qüvvələri islah olsunlar. Məsumlar (ə) bu xəstəlikdən xilas olmağın yollarını tövsiyə etmişdilər ki, onlara nəzər salaq. Həzrət Peyğəmbər (s) buyurur: “Baxış – şeytanın oxlarındandır və hər kəs Allah qorxusuna görə onu tərk edərsə, Allah imanın şirinliyini onun qəlbində qərar verər”. İmam Sadiq (ə) buyurur: “İnsan üçün naməhrəmə baxmamaq və ona göz yummaq kimi faydalı bir şey yoxdur. Çünki hər kim gözünü naməhrəmə yumarsa, Allahın əzəmət və cəlalını öz qəlbində müşahidə edər”. İmam Əlidən (ə) soruşurlar ki, gözə necə nəzarət etmək olar? Həzrət (ə) buyurur: “Mütilik vasitəsilə. Və gərək əminlik əldə edəsən ki, o kəsin nəzarəti altındasan ki, sənin batinindən agahdır. Göz – qəlbin casusu və ağlın səfiridir. Ona görə də gözlərini dininə layiq olmayanlara, qəlbinin məkruh hesab etdiklərinə və ağlının inkar etdiklərinə yum”. Bu xəstəliyin əməli müalicəsi təmrin etməklə əmələ gələr. Ciddi iradəyə malik olmaq, nizamlı proqram qurmaq, nəfsi hesaba çəkmək – bu əməli təmrinlərin əsas hissəsini təşkil etməlidir. İnsan gözünü nəinki naməhrəmdən bağlamalıdır, bəlkə həm də o şeylərə göz yummalıdır ki, onu Allahı yada salmaqdan qafil edər. Quran və hədis oxumaq, Allah qorxusu və Allahın nişanələrini müşahidə etmək – bu yolda bizə yardım edəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|