ABŞ İmam Rzanın (ə) hərəminin himayədarlarına sanksiya tətbiq etdi
Mьəllif: admin1
Tarix: 14-01-2021, 11:09
ABŞ İmam Rzanın (ə) hərəminin himayədarlarına sanksiya tətbiq etdi
ABŞ-ın Xəzinə Nazirliyi Qüds Rəzəvi ostanı (İmam Rzanın (ə) ziyarətgahı) və onun himayədarı da daxil olmaqla bir neçə şəxsə qarşı sanksiya tətbiq edib.

Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, ABŞ-ın Xəzinə Nazirliyi Qüds Rəzəvi ostanı və onun himayədarı höccətül-İslam vəl muslimin Əhməd Mərvidən əlavə Bərəkət Bilik Fondu, Rəzəvi İqtisadi Təşkilatı, Rəzəvi Mədən Şirkəti, Rəzəvi Neft və Qaz Şirkəti və digər bir neçə İran şirkətinin adını nazirliyin tabeliyində olan Xarici Varlıqlara Nəzarət Ofisi (OFAC) tərəfindən sanksiya tətbiq olunan şirkətlər siyahısına əlavə edilmişdir.

2018-ci ilin mayında İranla nüvə müqaviləsindən çıxdıqdan sonra, Tramp administrasiyası İranı danışıqlar masasına otuzdurmaq üçün İrana qarşı saxta bəhanələrlə müxtəlif sanksiyalar tətbiq etdi. Trampın Ağ Evdə qalmasına cəmi bir həftə qalsa da, o, bu hədəfinə çata bilmədi və hətta İranla dolayı yolla danışıqlar apara bilmədi.

İran səlahiyyətliləri, sanksiyaların güclü olduğu vaxtlarda belə, dəfələrlə İranın əvvəlki müqavilələrə sadiq qalmayan hökumət ilə təzyiq danışıqlarını heç vaxt qəbul etməyəcəyini bildirmişdilər.

ABŞ sanksiyaları İran iqtisadiyyatı üçün problemlər yaratsa da, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu son hesabatlarında sanksiyaların təsirlərinin azaldığını bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031