Nə vaxt hədiyyə etmək insanı Allah yanında xar edər?
Əbu Muxnəf nəql edir: “Bir dəstə Əhli-Beyt (ə) davamçısı İmam Əlinin (ə) yanına gəlir və deyirlər:
“Ey Əmirəl-möminin! Kaş ki, bu malı (beytul-malı) götürüb başçılar və zadəganlar arasında bölərdin və sonra malı insanlar arasında ədalətli bölməyə qayıdardın”. (Yəni, əvvəl başçılara verərdin, sonra fəqirə və yoxsula). İmam (ə) buyurur: “Vay olsun sizə! Məni vadar edirsiniz ki, rəhbərliyim altında olan müsəlmanlara zülm edərək qalib gələm? Xeyr, Allaha and olsun ki, o zamana qədər ki, ruzigar qalmaqdadır və göydə ulduzlar görürəm – bu cür olmayacaqdır. Allaha and olsun ki, əgər bu mal mənim olsaydı, yəqin ki, aralarında bərabər hissəyə bölərdim. Halbuki bu mal müsəlmanların malıdır”. Sonra buyurur: “Sizin aranızda olan hər kəsin malı vardırsa, onun məhv olmasından ehtiyatlı olsun. Həqiqətən, yersiz bəxşiş – israfdır ki, sahibinin insanlar arasında başıuca olmasına, Allah yanında xar olmasına səbəb olar. Hər kim malını əhli olmayanlar üçün toplayarsa, Allah onu, ona görə şükür etməkdən məhrum edər. Onun dostluğu başqası üçündür. Nişanəsi budur ki, əgər ayağı büdrəyərsə, onların yardımına ehtiyacı olar. Ən alçaq dost və ən pis həmdəmdir. Heç kəs sərvətini əhli olmayanlar üçün toplamaz, məgər o halda ki, alçaq insanların tərifindən bəhrələnər. O da o zamana qədər ki, onlara bağışlayar. Nadanın sözü budur ki, o, nə qədər bağışlamışdır. Halbuki o, Allah yanında simicdir. Ona görə də bundan da ziyanlı hansı bəhrə nəsibi ola bilər ki...”. Allah bizləri bu cür bəxşişlərdən uzaq etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|