Öncədən azuqə tədarük etməkdən qafil olmayaq
Uca Allah Quranda buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!”. (“Həşr” 18).
Bu ayədə adı çəkilən ilk təqva – əməlin əsasına aid edilir. İkinci təqva isə onun keyfiyyətinə aid edilir. Birinci təqva – xeyir əməl yerinə yetirməkdir. İkinci təqva – haramları tərk etməkdir. Birinci təqva – keçmişə görə tövbə etməkdir. İkinci təqva – gələcək üçün azuqə toplamağa aiddir. Hədislərdə oxuyuruq ki, yarım dənə xurma ilə və ya xoş sözlə qəlbləri şad edək ki, Qiyamət günü Allah bizdən soruşacaqdır: “Mən sənə göz və qulaq vermişdim... Hansı azuqəni göndərmisən?”. O günü çoxları özlərindən əvvəl azuqə göndərməyəcəklər və buna görə peşman olacaqlar. Yuxarıdakı ayədən çıxartdığımız nəticələr: 1. İman – təqva zəminəsidir. İmana malik olmaq təqvaya gətirib çıxardar. 2. Varislərin xeyir işlərinə ümid bəsləməyək. Hər kəs öz Qiyamətinin dərdini çəkməlidir. Çünki, varislərin də ixtiyarı öz əllərində deyil. 3. Azuqə topladığımız əməllərə diqqət etməliyik. 4. Nəfsimizi hesaba çəkməliyik. 5. Qiyamət yaxındır – bunu unutmayaq. 6. Aqibəti düşünmək – imanın nişanəsidir. 7. Təqva, nəfsi hesaba çəkməyə səbəb olar. 8. Heç kəs heç bir anda amanda deyildir. 9. Allaha iman gətirmək – təqva amilidir. Beləliklə, ey insan, hələ ki, bu dünyadasan, axirətin üçün azuqə göndər. Varislərinə ümid bəsləmə ki, sənə azuqə göndərəcəklər. Birdən fürsətləri olmadı? Özün öz aqibətin barəsində düşün. /Deyerler.org/ Oxşar xəbərlər
|