Allah-Taala bu zümrənin əməllərini qəbul etməyəcək
Müyəssir Nəxəi nəql edir ki, bir gün İmam Sadiq (ə) bizdən soruşdu:
يا مُيَسِّرُ، أيُّ البُلدانِ أعظَمُ حُرمَةً؟ “Ey Müyəssir, hansı şəhərin ehtiramı daha böyükdür?” فَما كانَ مِنّا أحَدٌ يُجيبُهُ حَتّى كانَ الرّادَّ عَلى نَفسِهِ، فَقالَ: مَكَّةُ، Heç birimiz cavab verə bilmədikdə, nəhayət, özü dedi ki, Məkkə! Sonra buyurdu: أيُّ بِقاعِها أعظَمُ حُرمَةً؟ “Məkkənin hansı nöqtəsinin ehtiramı daha böyükdür?” فَماكانَ مِنّا أحَدٌ يُجيبُهُ حَتّى كانَ الرّادَّ عَلى نَفسِهِ، فَقالَ: ما بَينَ الرُّكنِ إلَى الحَجَرِ، وَاللّهِ لَو أنَّ عَبدًا عَبَدَ اللّهَ ألفَ عامٍ حَتّى يَنقَطِعَ عِلباؤُهُ هَرَمًا ثُمَّ أتَى اللّهَ بِبُغضِنا أهلَ البَيتِ لَرَدَّ اللّهُ عَلَيهِ عَمَلَهُ. Yenə heç birimiz cavab verə bilmədikdə, özü buyurdu: “Rükn”lə “həcər”in (daş) arası. Allaha and olsun, min il ibadət edib, hətta qocalıqdan boynunun damarı qırılaraq Onun dərgahına biz Əhli-beytə qarşı ədavət və kin-küdurətlə gələnin Allah əməllərini qəbul etməyəcək!” (“Əl-məhasin”, c.1, səh.271, hədis 528.) Maide.az Oxşar xəbərlər
|