Qiyamət günü yoxsul və zənginin hesabı necə olacaq?
İmam Sadiq (ə) buyurur: “Yoxsul mömin, zəngin mömindən 40 il daha tez behişt nemətlərindən istifadə edəcəkdir”.
İmam Sadiq (ə) buyurur: “Allah Qiyamət günü üzr istəyən kəs kimi yoxsullara buyuracaqdır: “İzzət və Cəlalıma and olsun ki, sizləri dünyada zillət və xarlığa görə yoxsul etməmişəm. Bu gün görəcəksiniz ki, sizinlə nə edəcəyəm. Hər kim dünyada sizə yaxşılıq edibdirsə,əlindən tutun və behiştə daxil edin”. Yoxsullardan biri deyər: “Allahım, dünya əhli dünyada gözəl və xoş üzlü qadınlara malik idilər. Yumşaq və təmtəraqlı paltar geyinirdilər. Ləzzətli yeməklər yeyirdilər. Yaxşı evlərdə sakin olurdular. Nəfis miniklərə minirdilər. Ona görə bu gün bizə də onlarda olanları əta et”. Allah buyurar: “Sizlərdən hər birinizə dünyanın əvvəlindən axırına qədər olan əhlinin cəminə verdiklərimin 70 bərabərini verirəm””. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bir dəstə insan behiştə tərəf hərəkət edəcəkdir. Mələklər onlara deyəcəklər: Kimsiniz? Deyəcəklər: “Yoxsuluq”. Deyəcəklər: “İstəyirsiniz ki, hesab vermədən behiştə gedəsiniz?”. Cavab verərlər: “Bizə bir şey verməmisiniz ki, bizi ona görə hesaba çəkəsiniz”. Allah Təala buyurar: Düz deyirsiniz, behiştə gedin””. /Deyerler.org/ Oxşar xəbərlər
|