Məsləhətləşməyin qayda-qanunu necədir?
Mьəllif: admin1
Tarix: 18-01-2021, 20:21
Məsləhətləşməyin qayda-qanunu necədir?
Məsləhət etməyin fəziləti haqqında elə bircə bu kifayətdir ki, Allah Təala dünyanın ən aqil insanı olan Peyğəmbərə (s) əmr edir ki, başqaları ilə məsləhət etsin.

Nəql edirlər ki, İmam Rza (ə) qaradərili nökərləri ilə çoxlu məsləhət edər və deyərdi: “O qədər olubdur ki, Allah bizim xeyirimizi onların dilindən axıdıbdır”.

İmam Əli (ə) buyurur: “O kəs ki, özünü başqalarının rəy və nəzərindən ehtiyacsız bilər və məsləhət etməz – canını xətərə salmış olar”.

Bəs kimlərlə məsləhət edə bilərik?

İmam Əli (ə) buyurur: “O kəslərlə ki, Allahdan çəkinirlər və mömin qardaşlarını təqvalarının ölçüsü qədər sevirlər – məsləhət et və pis qadınlardan çəkin”.

Həzrət Peyğəmbər (s) buyurur: “O dəstə ki, bir-biri ilə məsləhət edər və onların içərisində elə insan olar ki, adı Muhəmməd, ya Əhməd, ya Hamid, ya Mahmud olarsa – şübhəsiz ki, o şey ki, onların xeyirinədir, onlar üçün aşkar olar”.

İmam Sadiq (ə) buyurur: “Məsləhət etməyin həddi və şəraiti vardır ki, hər kim ona riayət etməzsə, məsləhət etməyin ziyanları onun üçün faydasından daha çox olacaqdır. O kəs ki, onunla məsləhət edir – aqil və bilikli olmalıdır. Azad və dindar olmalıdır. Onun qardaşı və dostu olmalıdır”.

Məsləhət verənin vəzifəsi nədir?

İmam Sadiq (ə) buyurur: “Hər kiminlə ki, mömin qardaşı məsləhət edər və o şey ki, onun xeyirinədir onu deməz – Allah onun ağıl və huşunu zay edər”.

İmam Əli (ə) buyurur: “Bezaram o kəsdən ki, müsəlman onunla məsləhət edər və o şey ki, onun xeyirinədir – onu ona deməz”.

Məsləhətin faydası.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! O kəs ki, Allahdan xeyir istəyər – avara olmaz. O kəs ki, işlərində insanlarla məsləhət edər – peşman olmaz”.

İmam Əli (ə) buyurur: “O kəs ki, məsləhət edər – həlak olmaz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031