Şeytan insana 4 tərəfdən hücum edər
Mьəllif: admin1
Tarix: 19-01-2021, 22:21
Şeytan insana 4 tərəfdən hücum edər
O kəslər ki, nəfslərini islah etməkdə, övlad tərbiyə etməkdə, fazil cəmiyyət yaratmaqda, əməlin və əxlaqın hər bir hikmətində qəflət ediblərsə, yatıblarsa – ölüm məmurlarının şallağı ilə ayılarlar.

Baxmayaraq ki, insan qafil və yuxudadır, ancaq şeytan ayıqdır və ondan qəflət etməz.

İmam Əli (ə) bəzi valiləri üçün yazdığı məktubda buyurur: “Müaviyyənin planı – şeytanın planı kimidir. Allah Quranda şeytanın nüfuzunu aydın etmişdir ki, dörd tərəfdən hücum edər.

«Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən». (“Əraf” 17).

Şeytan dörd tərəfdən – qarşıdan, arxadan, sağ tərəfdən və sol tərəfdən hücum edər. Müaviyyə də xarici şeytan olduğu üçün bəzən qarşıdan gələr, bəzən arxadan hücum edər, bəzən sağ tərəfdən yürüş edər, bəzən də sol tərəf çapar. Qədim düşmənin üslubu belədir. Əgər insan bir tərəfdən qafil olsa, həmin tərəfdən ziyan görər”.

Şeytan və ordusu bizə daima hücum edər və şeytan bizi görər, ancaq biz şeytanı görmərik. Bizə vəsvəsə edər və qəflətə salar. Əgər insan şeytanın nüfuz yollarını bilsə, qafil olmayacaqdır.

Şeytanı bəsirət gözü ilə görəcəkdir. “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

Allah Təala Quranda buyurur ki, şeytandan Mənə pənah aparın. Yəni, nə zaman təhlükə hiss etdiniz, pənah yerinə gedin. O kəsin ki, tövhid canına nüfuz edər, pənah yeri olar. Bu pənah yerinə biganələr daxil ola bilməz.

Əgər insan tövhid çırağını yandırsa, qəlb sahibi oyanar. Bu zaman nə xarici və nə də daxili düşmənlər nüfuz edə bilməzlər. Bu insanın tövhidə o qədər imanı vardır ki, Allahın vahid olmasını günəş nuru kimi görür.

İşləri zülmətdə və qaranlıqda deyildir. Ədalət yolunda atdığı ilk addım odur ki, həvəsi canından uzaqlaşdırar. Daxili düşmənin yollarını bağlayar. Xarici düşməni uzaqlaşdırmaq daha asandır.

Çünki xarici düşməndən qorxunu daxili düşmən yaradar. O insanın ki, əbədi həyata imanı vardır – heç bir zaman xarici düşməndən qorxmaz.

O kəs ki, bütün canı ilə Qurana bağlı olar, o, Quranın ümmətinə çevrilər. O zaman ki, Quran insanın rəhbəri olar, hansı yerdə Quran dayanarsa, o da dayanar.

Çünki canını Quran əhatə etmişdir. Həvəs üçün artıq yer qalmamışdır. O zamana qədər ki, canının rəhbərliyini həvəsə verməz, amanda olar.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031