Duanın tez həyata keçməsi üçün 3 amil
Mьəllif: admin1
Tarix: 20-01-2021, 21:07
Duanın tez həyata keçməsi üçün 3 amil
Dua iki hissəyə bölünür: məsur və qeyri-məsur. Məsur o dualardır ki, hədislər vasitəsilə bizə çatmışdır. Qeyri-məsur dualar isə odur ki, insan istəklərini hansı qəlibə istəyirsə tökür və sonra Allahdan istəyir. Bu cür duaların ədəb və şərtləri vardır.

Əgər dualarınızın qəbul olmasını istəyirsinizsə, gərək bu qaydalara əməl edəsiniz. Onlardan biri də dua etməzdən əvvəl qılınan iki rükət namazdır.

Hədislərin bir çoxunda bəyan edilir ki, dua etməzdən əvvəl iki rükət namaz qıl. Həmçinin oruc tutmaq da duanın yerinə yetməsinə təsir edən amillərdəndir, xüsusilə də Ramazan ayının orucunu tutmaq.

Ramazan ayında çoxlu dua etmək tövsiyə olunur. Bu, ona görədir ki, insanların əksər hissəsi orucdurlar və oruc vasitəsilə paklanırlar. Paklanmış insan dua etmək üçün hazırlanar.

Bəli, insan hacətini istəməzdən əvvəl iki rükət namaz qılmalıdır. Çünki bu namaz insanı Allaha yaxınlaşdırar, insanın Allahla rabitəsini gücləndirər.

Hədislərin birində gəlir ki, oruc tut, iki rükət namaz qıl və sonra hacətini Allahdan istə. Ya oruc tut, sonra dua et. Çünki həm namaz və həm də oruc – duaya yardım edən amillərdir.

Duanın tez yerinə yetməsində təsirli olan amillərdən biri də din qardaşının sənin üçün dua etməsidir. İmam Baqir (ə) buyurur: “Ən sürətli dua ki, müvəffəq şəkildə həyata keçər – (dua edənin) mömin qardaşı üçün, o olmayan zaman etdiyi duadır”.

Beləliklə deyə bilərik ki, duanın yerinə yetməsində üç mühüm amilin rolu vardır. Onlardan biri duadan əvvəl qılınan iki rükət namazdır, ikincisi orucdur və üçüncüsü də budur ki, din qardaşın sənin üçün dua etsin.


(Ayətullah Müctəba Tehraninin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031