Səma ulduzlarına bənzəyən Əhli-beyt imamları (ə)
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
مَثَلُهُم [أهلِ بَيتي] في اُمَّتي كَمَثَلِ نُجومِ السَّماءِ، كُلَّما غابَ نَجمٌ طَلَعَ نَجمٌ، إنَّهُم أئِمَّةٌ هُداةٌ مَهدِيّونَ، لا يَضُرُّهُم كَيدُ مَن كادَهُم، ولا خِذلانُ مَن خَذَلَهُم، بَل يَضُرُّ اللّهُ بِذلِكَ مَن كادَهُم وخَذَلَهُم، هُم حُجَجُ اللّهِ في أرضِهِ، وشُهَداؤُهُ عَلى خَلقِهِ، مَن أطاعَهُم أطاعَ اللّهَ، ومَن عَصاهُم عَصَى اللّهَ. هُم مَعَ القُرآنِ والقُرآنُ مَعَهُم، لا يُفارِقُهُم ولا يُفارِقونَهُ حَتّى يَرِدوا عَلَيَّ حَوضي. وأوَّلُ الأَئِمَّةِ أخي عَلِيٌّ خَيرُهُم، ثُمَّ ابني حَسَنٌ، ثُمَّ ابني حُسَينٌ، ثُمَّ تِسعَةٌ مِن وُلدِ الحُسَينِ “Onlar (Əhli-beytim) ümmətimin arasında səmadakı ulduzlara bənzəyir; hər zaman onların biri batsa, başqası çıxar. Onlar hidayət və yolgöstərən imamlarıdır ki, nə bir kəsin kin-küdurəti, nə də xəyanəti onlara zərər yetirməz. Əksinə Allah-Taala onlara ürəklərində kin-küdurət saxlayanları və onlara yardım etməyənləri cəzalandırar. Onlar yer üzündə Allahın “höccət”ləri, məxluqatına şahidləridir. Hər kəs onlara itaət etsə, Allaha itaət etmiş və hər kəs onlara qarşı çıxsa, Allaha qarşı çıxmışdır. Onlar Quranla, Quran da onlarladır. Onlar “Kövsər” hovuzunda mənə qovuşana qədər, nə Quran onlardan, nə də onlar Qurandan ayrılmaz. Birinci imam qardaşım Əlidir ki, onların ən üstünüdür. Sonra övladım Həsən, ondan sonra övladım Hüseyn və ondan sonra isə Hüseynin nəslindən doqquz imamdır.” (“Əl-qeybət”, Nömani, səh.84, hədis 12.) Maide.az Oxşar xəbərlər
|