Möminlərə yemək verməyin dünya və axirət savabları
Mömini doyuzdurmaq insana dünya və axirət savabları gətirər. Hər kim möminə yemək verər və onu doyuzdurarsa, onun savabının həddini Allahdan başqa heç kəs bilməz.
İmam Sadiq (ə) buyurur: “Allahın məxluqlarından heç biri möminin mədəsini doyuzdurmağın savabını bilmir. Nə yaxın mələklər, nə mürsəl peyğəmbərlər (ə). Bəlkə ancaq aləmlərin Allahı onun savabını bilər”. Dünya savabları: Hədislərin birində oxuyuruq: “Hər kim mömin qardaşına Allah rizası üçün yemək verərsə, sanki başqa insanlardan 100 mininə yemək vermişdir”. İmam Cəfər Sadiq (ə) Sədir Sərrafa xitab edərək buyurur: “Niyə hər gün bir qul azad etmirsən?”. Deyir: “Buna maddi gücüm yoxdur”. Həzrət (ə) buyurur: “Bu savabı əldə etmək üçün kifayətdir ki, hər gün bir müsəlmanı doyuzdurasan”. Soruşur: “Zəngini, yoxsa kasıbı?”. Həzrət (ə) buyurur: “(Fərqi yoxdur). Zəngin də bəzən yeməyə ehtiyaclı olur”. Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O yeməyi ki, müsəlman qardaşım mənim yanımda yeyər – mənim üçün bir qul azad etməkdən daha yaxşıdır”. İmam Sadiq (ə) buyurur: “Hər kim zəngin möminə yemək verərsə, sanki İsmayil övladlarından olan bir qula ölümdən nicat vermişdir. Hər kim yoxsul möminə yemək verərsə, sanki İsmayil övlarından olan yüz qula ölümdən nicat vermişdir”. Axirət savabları: İmam Sadiq (ə) buyurur: “Hər kim mömini doyudurarsa, behişt ona vacib olar. ...”. Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: “Hər kim üç nəfər müsəlmanı doyuzdurarsa, Allah Təala ona behiştin üç yerindən yemək verər: Firdovs cənnətindən, Ədn cənnətindən, Tuba cənnətindən”. İmam Sadiq (ə) buyurur: “Allahın bağışlanmasını vacib edən şeylərdən biri də ac müsəlmana yemək verməkdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|