Qurani-Kərimin xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 22-01-2021, 10:54
Qurani-Kərimin xüsusiyyətləri
Quran bizim üçün çox önəmli məsələlərdən biridir. İslam dünyasının və müsəlman ümmətinin daim diqqət mərkəzində olan bir məsələdir. Biz Qurandan bərk yapışmalıyıq.

İslam ümməti Qurandan istifadə etməyib, ondan üz çevirərsə – təəssüf ki, tariximizin uzun bir mərhələsində baş verdiyi kimi – zərbə alacaq; necə ki alıb da.

Bu gün bizim Qurana ehtiyacımız var; müsəlman toplumunun və İslam ümmətinin düzgün yaşayış yolu Qurana əməl etməkdən ibarətdir. Rəvayətlərdən birində buyurulur:

اِنَّ هٰذَا القُرآنَ حَبلُ الله وَ هُوَ النُّورُ المُبین و الشِّفاءُ النّافِع

“Həqiqətən, bu Quran Allahın ipi, açıq-aydın nur və şəfadır.” (“Vəsailuş-şiə”, c.6, səh.191.)

“حبل‌الله” – “Allahın ipi” məsələsi Qurandandır; Quranda da buyurulur ki:

وَاعتَصِموا بِحَبلِ اللهِ جَمیعًا وَلا تَفَرَّقوا

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (“Ali-İmran” / 103.)

Bəs nurun xüsusiyyəti nədir? Nur ətrafı aydınladır, insana yolu göstərir, insan görmə qabiliyyəti əldə edir, gözü açılır. Nur olmasa, göz də kara gəlmir, heç yeri görə bilmədiyinə görə gözün də bir faydası olmur.

Bizim ağlımız var, cürbəcür bacarıqlarımız var, düşüncə gücümüz var, amma nur olmasa, bunlar bizə kömək edə bilməz; nur lazımdır. O nur isə Qurandır.

و الشِّفاءُ النّافِع

“Quran şəfadır.”

عِصمَةٌ لِمَن تَمَسَّکَ‌ بِهِ‌ وَ نَجاةٌ لِمَن تَبِعَه

“Qurandan yapışan toxunulmaz olar, onun arxasınca gedən nicat tapar.” (“İmam Həsən Əskərinin (ə) təfsiri”, səh.13.)

Bu bir həqiqətdir. Quran budur. Bu gün bizim Qurana ehtiyacımız var; həm şəxsi həyatımızda, həm sosial həyatımızda, həm siyasətimizdə, həm də hökumət olaraq davranışımızda.

Biz Qurana söykənsək, Qurandan öyrənsək, Qurandan yapışsaq, bu, Quranda da buyurulduğu kimi, Allahın ipindən yapışmaq deməkdir.

Allahın ipindən yapışmaq isə insanın öz ayaqları üzərində daha möhkəm durmasına səbəb olur. Çətin keçilən bir yerdən keçərkən əlinizi atıb tuta biləcəyiniz və sizə dəstək olacaq bir şey varsa, artıq sizin üçün yıxılmaq qorxusu qalmır.

Allahın ipi də belədir, ondan yapışdınsa, artıq yıxılmaq təhlükəsi aradan qalxır. Ümid edirəm ki, İslam dünyası günbəgün buna daha da yaxınlaşacaq, inşallah! (Ali Rəhbər Ayətullah Xameneinin İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış – 26 /04/ 2018.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031