Əməllərin insan həyatına və ətraf mühitə təsiri necədir?
Quran ayələrinə istinad edərək, demək olar ki, insan əməli savab və cəza baxımından təsirə malikdir ki, onun təsiri ya səadətə gətirib çıxardar, ya da bədbəxtliyə.
Əməllərin təsirini 4 dəstəyə bölmək olar: 1. Əməllərin bir-biri ilə rabitəsi. 2. Əməlin onu yerinə yetirən ilə bağlılığı. 3. Əməllərin başqalarından asılı olması. 4. Əməlin xarici aləmə təsirləri. Bu dörd dəstə arasından ancaq sonuncuya işarə edəcəyik. İnsanların yaxşı və pis niyyətləri xarici aləmə təsir göstərər. Bunu əqli və nəqli bürhan ilə sübut etmək olar. Əqli bürhan. İnsan hər bir halı ilə varlıq aləminin zəncirvari halqasında qərar tutur. Ona görə də başqa halqalardan ayrıla bilməz. İnsan təbiətdən, o cümlədən, dənizlərdən, səhralardan, havadan təsirlənir. Eyni zamanda onlara təsir edir. Ona görə deyə bilərik ki, insan dünyanın xoşagələn və xoşagəlməz hadisələrindən təsirlənir və təsir edir. Bu təsir həm insan cisminə olar, həm əqidəsinə, əxlaqına, rəftarına və sair... Nəqli bürhan. Uca Allah Qurani-Kərimdə buyurur ki, insan əməlinin varlıq aləminə təsiri vardır və əqli bürhanı təsdiq edir. Təsir dedikdə, insanın pis və yaxşı əməllərinin təsiri nəzərdə tutulur. Bəzi Quran ayələri bu həqiqəti təsdiq edir. “Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə, dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur”. (“Rəd” 11). Uca Allah bu ayədə buyurur ki, əgər Allah hansısa bir qövmün taleyini dəyişdirmək istəyirsə, buna heç kəs mane ola bilməz. Çünki onların Allahdan başqa yardımçısı yoxdur. Bir silsilə siyasi, ictimai və mədəni işlər – o əməllərdəndir ki, insan yerinə yetirər. Məsləhət edərək və uzaqgörənlik edərək, hökmlər çıxardar. Bu yerinə yetirilən əməllər dinə ya uyğun olar, ya zidd olar. Allah bu əməllərin təsirinə görə həmin cəmiyyətə ya nemət nazil edər, ya da bəla. Bu hadisələrin şirin və ya acı olması insan əməllərindən asılıdır. Ona görə də deyə bilərik ki, insan əməlinin xarici mühitə təsiri qətidir. Nemətin bəlaya dəyişməsinə səbəb ola bilir. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, günaha batmaq və Allaha itaətsizlik etmək – nemətlərin aradan getməsinə səbəb olar”. İmam Səccad (ə) buyurur: “Nemətlərin aradan getməsinə səbəb olan günahlar ibarətdir: vacibatı tərk etmək, təkəbbür və insanlara lovğalanmaq, onları məsxərə və istehza etmək”. İmam Səccad (ə) başqa yerdə buyurur: “Nemətlərin dəyişməsinə səbəb olan günahlar ibarətdir: insanlara zülm etmək, xeyir işləri yerinə yetirmək adətini tərk etmək, nemətləri görməməzliyə vurmaq, nemətlərə görə şükür etməyi tərk etmək”. Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, insanın xoşbəxt və ya bədbəxt olmasının səbəbi insanın öz əlindədir. İnsan öz əməli ilə neməti bəlaya da çevirə bilər, əksini də edə bilər. Əgər cəmiyyətdə fəsad artarsa, zülm artarsa, Allaha itaətsizlik edilərsə və İlahi nemətlərə küfr edilərsə – bu cəmiyyəti bəla gözləyər. Əgər əksinə, insanlar imana malik olarsa və təqva ilə yaşayarlarsa, saleh əməllər yerinə yetirərlərsə – İlahi nemətlərə çatarlar. (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|