Şükrün mənası nədir? – Ayətullah Behcətin izahı
Ayətullah Behcət buyurur: “O yerdə ki, giritarlıq, əzab bizə nazil olar – bilməliyik ki, onun zəminələrini özümüz hazır etmişik. Əgər nemətimiz bol deyilsə, deməli şükür etməmişik.
Başımıza gələn çətinliklərin səbəbi – naşükürlüyümüz və nemətə küfr etməyimizə görədir. Sübhan Allah buyurur: “Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. (“İbrahim” 7). Yəni, şükür etmək nemətin artmasına səbəb olar. Əgər şükür etməsən, bolluqdan xəbər olmaz. O zaman ki, görsək ki, nemətimiz artmır – deməli şəkk etməli deyilik. Bilməliyik ki, şükür etmirik. Şükrün mənası genişdir. Mənası – Allaha itaət etməkdir. Ancaq dildə “Əlhəmdulilləh” deməklə bitməz. Allaha itaət – əsil şükürdür. Ona görə də deyə bilərik ki, Allaha şükür dedikdə, Allaha itaət etmək nəzərdə tutulur. Hər kim Allaha itaət edər, neməti artar. Nemətə küfr etmək isə Allaha üsyan etmək deməkdir ki, bu əməl İlahi əzaba səbəb olar”. Uca Allah bizləri şükür edənlərdən qərar versin! Oxşar xəbərlər
|