İnsanlar niyə söz gəzdirirlər?
Söz gəzdirmək – rəzil sifətlərdən olub, cəmiyyətdə nifaqın yaranmasına səbəb olar. Bununla yanaşı, insanların qəlbində kinin yaranmasına yol açar.
Söz gəzdirməyin cəmiyyətdə yaratdığı bəlalar ilə tanış olaq: 1. Düşmənçilik və təfriqə. 2. Allahla düşmənçilik etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin Allah yanında ən çox düşməniniz – söz gəzdirənlərinizdir”. 3. Duanın həyata keçməməsi. Söz gəzdirənin duası həyata keçməz. 4. Qəbir əzabı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim söz gəzdirmək niyyətilə addım atarsa, Allah qəbrində elə bir atəşi ona hakim edər ki, Qiyamətə qədər onu yandırar”. 5. Behişt onun üçün haram olar. İmam Baqir (ə) buyurur: “Behişt söz gəzdirənlərə haramdır”. Əgər söz gəzdirən insan bu əməlindən əl çəkməsə və tövbə etməsə – axirətdə də, dünyada da onu bədbəxtliklər gözləyəcəkdir. Ona görə hələ ki, fürsət var, tövbə qapısına tərəf gedin və Allahdan bağışlanma istəyin. Bəs insanlar niyə söz gəzdirirlər? Bəli, söz gəzdirmək – rəzil sifətlərdəndir ki, həm sahibini və həm də söz gəzdirdiyi insanı başqalarının gözündən salar. Cəmiyyətdə nifaqa səbəb olar və insanlar bir-birinə olan etimadını itirərlər. Bəs insanlar niyə söz gəzdirirlər? Bunun səbəbi nədir? 1. Danışan insanı dəyərsiz etmək üçün. Söz gəzdirən insan bir başqasını insanların gözündən salmaq üçün, onun sözlərini başqalarının yanında bəyan edər. Çalışar ki, başqaları həmin şəxsə nifrət etsinlər və onun sözlərinə qulaq asmaqdan imtina etsinlər. 2. O zaman ki, bir başqası onun haqqında danışar. Söz gəzdirən insan adətən onun haqqında danışan kəsin adını bədnam etmək üçün, söz gəzdirməklə məşğul olar. İstəməz ki, başqaları onun sözünə inansınlar və onun haqqında deyilən həqiqətlərə diqqət etsinlər. Həmin şəxsi başqalarının gözündə alçaltmaq istəyər. 3. Məqam ardınca olmaq. Bəzən söz gəzdirən insan başqalarının qəlbində yer etmək üçün, adətən vəzifə ardınca olan zaman onun haqqında deyilən sözləri ona çatdırar. Bu yolla demək istəyər ki, mən sənin tərəfdarınam və sənə hörmət edirəm. 4. Ləzzət almaq üçün. Bəzi insanların ləzzət aldıqları şeylərdən biri də söz gəzdirmək olar. Məclislər təşkil edərlər ki, bu məclislərdə başqalarının qeybətini edər, söz gəzdirər, insanlara töhmət vurarlar. Bu əməllərindən ləzzət alarlar. Ona görə də bacardığınız qədər bu insanlardan uzaq olmağa çalışın. Çünki bu insanlar özlərinə ziyan vurduqları kimi, sizə də ziyan vura bilərlər. İmam Əli (ə) buyurur: “O kəs ki, bir başqasının sözünü sənin yanına gətirər, (şübhəsiz) sənin sözünü başqalarının yanına aparar”. Bəs belə insanla necə rəftar etməliyik? 1. Onu nəhy-əz-munkər etməliyik və gördüyü işin çirkinliyini ona başa salmalıyıq. 2. Əgər bu işinə davam edərsə, ondan uzaq durmalıyıq. 3. Onun sözünə etimad edərək, başqalarına qarşı bədgüman olmalı deyilik. 4. Onun sözlərini eşidərkən, sözügedən insanın heysiyyətini müdafiə etməliyik. /Deyerler.org/ Oxşar xəbərlər
|