Həzrət İsanın (ə) meracı necə olmuşdur?
Mьəllif: admin1
Tarix: 24-01-2021, 10:19
Həzrət İsanın (ə) meracı necə olmuşdur?
“Və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)!

Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü).

Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur.

Onu həqiqətən öldürməyiblər, əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir”. (“Nisa” 157-158).

Bu ayə onu bəyan edir ki, Məsih (ə) ölməmişdir və Allah onu səmaya qaldırmışdır.

Uca Allah başqa ayəsində buyurur: “(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son İlahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam»”. (“Ali-İmran” 55).

Burada paklaşdıracaq dedikdə, Allah Təala o çirkin insanları nəzərdə tutur ki, o Həzrətin (ə) ətrafında idilər. Yəni, Həzrət İsanı (ə), onu əhatə edən imansız və çirkin insanlardan pak edəcəkdir.

Sonra buyurur ki, Qiyamətə kimi sənə tabe olanları (son İlahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən üstün edəcəyəm. Allah bu müjdəni verərək İsanın (ə) davamçılarına ürək-dirək verir və onları xoş aqibət xəbəri ilə sevindirir.

Bu ayədən həm də belə nəticəyə gəlmək olur ki, xristian dini yəhudi dinindən daha üstündür. Çünki yəhudi məktəbi daha çox irqpərəst olduğu üçün irəli getməmişdir.

Həmişə xristianların kölgəsi altında olmuşdur. İslam dini inkişaf edəndə isə xristian dini geridə qalmışdır və irəli getməmişdir. Müsəlmanlar Həzrət İsanı (ə) nəbi kimi qəbul edir və onun din gətirdiyinə inanırlar.

Ayənin sonunda Allah buyurur ki, sizin qayıdışınız Mənə tərəfdir. Yəni, xristianların əldə etdikləri qələbə bu dünyaya aiddir, axirətdə isə əməllərinin nəticəsini görəcəklər.

Beləliklə deyə bilərik ki, bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İsanın (ə) Allaha tərəf yuxarı qalxması mənəvi qalxış olmuşdur, cismi deyildir. Çünki Allahın məkanı yoxdur ki, İsa da (ə) ona tərəf qalxmış olsun.

Ona görə də İsanın (ə) meracı mənəvi meracdır, cismi deyildir. Yəni, Allah yanında dərəcəsi artmış və Sübhan Allahın qürbünə çatmışdır.

Ona görə peyğəmbərlər (ə) içərisində merac edənlər olmuşdur, ancaq o kəs ki, həm ruhu və həm də cismi ilə merac etmişdir – Həzrət Muhəmməddir (s).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031