İzzət və zillət insanın seçimi ilədir
Uca Allah – aləmlərin Rəbbidir. Kimi istəsə əziz edər, kimi istəsə zəlil. Ancaq Allah buyurur ki, əgər kimsə çalışar və zəhmət çəkərsə– ona savab verər və onu əziz edər. Əgər səy göstərməzsə, Allahın feyzindən bəhrə aparmayacaqdır.
Bu, Allahın hökmüdür. Bu cəhətdən buyurmuşdur: “(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız,) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik”. (“İsra” 8). İnsanların behiştə və ya cəhənnəmə getməsi də Allahın hökmü ilədir. O kəs ki, iman gətirər və saleh əməllər yerinə yetirər – behişt əhlindən olar. O kəs ki, günah edər – cəhənnəm əhlindən olar. Zəminələrin hazırlanması da Allahın hökmü ilə olar. Allah hökm etmişdir ki, əgər kimsə zəminə hazır edərsə, Mən ona daha üstün ruzi verərəm və daha üstün izzətlə mükafatlandıraram. Beləliklə, əgər insan izzət sahibi olmaq istəyirsə, gərək özü səy göstərsin və bu yolda zəhmət çəksin. İmana malik olub, saleh əməllər yerinə yetirsin. Allahı razı salacaq işlər görsün və günahdan çəkinsin. Ancaq bu zaman Allah həmin bəndəsinə rəhmət nəzəri salar və onu izzətli edər. (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|