Allah-taala insanın nəfsində iki meyil qərar vermişdir
Mьəllif: admin1
Tarix: 25-01-2021, 22:21
Allah-taala insanın nəfsində iki meyil qərar vermişdir
İslam alimləri Quran ayələrindən və hədislərdən istifadə edərək, bu qəanətə gəlib çatıblar ki, insanı süqut etdirən amillər – həvayi-nəfs, dünya və şeytandır (lən).

Allah Təala insanın nəfsində iki meyil qərar vermişdir. Yaxşılığa tərəf meyil və pisliyə tərəf meyil. İnsanın əmmarə nəfsi o qədər rəzildir ki, insanı pis günahlara tərəf təhrik edər və nəhayət, insanın günah əməlinə düçar olmasına gətirib çıxardar.

O kəslər ki, dünyaya maddi nəzərlə baxarlar – elə bilərlər ki, burada həmişəlik olaraq qalacaqlar. Ona görə də Allahdan və axirətdən qafil olarlar.

Ona görə də bizə lazımdır ki, ilk olaraq bizim dünyaya olan bu baxışımızı dəyişək. Başa düşək ki, insan həyatı ancaq bu dünya ilə kifayətlənmir.

Əslində bu dünyadan sonra həqiqi bir dünya vardır ki, ora cavidan və əbədidir. Ona görə də insan ilk addımda dünya ilə axirət arasında olan rabitəni kəşf etməlidir. O ikisini bir-biri ilə müqayisə etməlidir.

İnsanın bədbəxtliyi o zaman başlayır ki, dünyaya çox bağlı olur. Ona ürək bağlayır və bütün səyləri onun üçün olur. Dünyaya bu cür baxış insanı günaha sövq edir.

Ona görə də hədislərimiz buyurur ki, hər bir xatanın əsası – dünya sevgisidir. İmam Əli (ə) buyurur: “O kəs ki, bəsirət gözü ilə o biri (dünyaya) baxarsa, (dünya) ona agahlıq verər. O kəs ki, dünyaya göz dikər – qəlbini kor edər”.

İnsanın günaha düçar olmasına səbəb olan üçüncü amil – şeytandır. Qurani-Kərimin nəzərinə görə, şeytanın (lən) ardıcılı olmaq – mahiyyətcə insanın dəyərinə ziddir.

Çünki iki yol vardır, biri Allahın yoludur və biri isə şeytanın. Allahın yolu insan şəxsiyyətinə dəyər verə bilər, şeytanın yolu isə insanı zəlil və xar edər.

Şeytanın əsas işi – vəsvəsədir. Şeytan bizim havayi-nəfsimizi təhrik edər. Əgər havayi-nəfsimiz olmasaydı, şeytan bizə hakim ola bilməzdi.

O zaman ki, nəfsimizdə istəklərə malik olduq və ardınca getdik, şeytan onu bizim gözümüzdə o qədər zinətləndirər ki, ona tərəf daha çox cəlb olunarıq.

Nəticədə insan Allahdan qafil olar, Allahı yada salmaqdan uzaqlaşar, dünyaya cəzb olunar, həddən artıq maddiyata qapılar.

Allah Təala bizləri agah olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031