Bu işi edəni, Uca Allah hətta Peyğəmbərə (s) xatir də bağışlamayacaq
Allah Təala Quranda buyurur ki, elə günah vardır ki, hətta Peyğəmbər (s) belə ona görə bağışlanma istəsə, Mən onu bağışlamayacağam.
“Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənləri Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır. Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz”. (“Tövbə” 79-80). Uca Allah Quranın bir çox ayələrində Peyğəmbəri (s) mədh edir və buyurur ki, əgər Peyğəmbər (s) Məndən bir şey istəsə, yerinə yetirərəm. Sizə də vacibdir ki, ona itaət edəsiniz. Lakin o zaman ki, söz mömini məsxərə etməkdən düşür – Uca Allah buyurur ki, hətta Peyğəmbər (s) belə ona görə 70 dəfə bağışlanma diləsə, Mən onu bağışlamayacağam. Mömini məsxərə etmək o qədər böyük günahdır ki, Allah Peyğəmbərinə (s) buyurur ki, özünü buna görə əziyyətə salma, çünki Mən o insanı bağışlamayacağam. İmam Sadiq (ə) buyurur: “Əgər kimsə mömini xar edərsə, məni xar etmiş olar”. Bir gün bir nəfər gəlir və İmam Sadiq (ə) ona deyir: “Siz məni çox təhqir edirsiniz”. Həmin şəxs deyir: “Ağacan, siz mənim imamımsınız!”. İmam (ə) buyurur: “Mən sənin imamınam, ancaq fərq etmir. Sən bizim dostları ki, təhqir edirsən – bizi təhqir etmiş olursan”. /Deyerler.org/ Oxşar xəbərlər
|