Təvəkkül etməklə tənbəllik eyni şeydir?
“De: Başımıza Allahın bizim üçün təyin etdiyindən başqa heç bir şey gəlməyəcək. O bizim qoruyucumuzdur və möminlər ancaq Allaha təvəkkül etməlidirlər (əl-Kafi, c.2, s.57).”
Allah-təala kainatdakı hər şeyi müəyyən bir qanuna uyğun şəkildə yaratmışdır. İnsan bu qanunları öyrənib, hadisələr arasındakı səbəb-nəticə əlaqəsini idrak edə bilər. Bu gücü ona məhz Allah-təala özü vermişdir. Bilmək çalışmaqla, çalışmaq da təvəkkül etmənin mahiyyətini qavramaqla mümkündür. Hz. Peyğəmbərin “əvvəl dəvəni bağla, sonar təvəkkül et” (Tirmizi, Qiyamət, 60) sözləri ilə xülasə etdiyi təvəkkül isə fərqli mənalarda başa düşülmüş, insanın Allah qarşısındakı gücsüzlüyü ilə müqayisə edilərək tam bir passivlik şəklində təqdim olunmuşdur. Halbuki insanın iş-gücünü atıb, təmbəllik etməsi və öz işini Allaha həvalə etməsi nə İslamın ruhuna, nə də ortaya qoyduğu təvəkkül anlayışına uyğun deyildir ki, verəcəyimiz hədis də bunu açıq-aşkar göstərir. Belə ki, nəql olunduğuna görə “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər” (Talaq, 2-3)” ayələri nazil olduqda səhabələrdən bir qismi evlərinə qapanaraq zamanlarını sadəcə ibadətə sərf etməyə başlayırlar. Bunu eşidən Allah Rəsulu onları çağırtdıraraq soruşur: “Nəyə əsasən belə davranırsınız?” Cavab verirlər ki, “ey Allahın peyğəmbəri, bizim ruzimizə zəmanət verildi, ona görə də ibadətə çəkildik.” Hz. Peyğəmbər (s) belə buyurur: “Bilin ki, belə edənin duası qəbul olmayacaq. İş və qazanc dalınca gedin” (Qurərül-hikəm, h.2678). Oxşar xəbərlər
|