Qohumlarla əlaqəni kəsmək– fasiqliyin əlamətlərindəndir
Mьəllif: admin1
Tarix: 26-01-2021, 21:02
Qohumlarla əlaqəni kəsmək– fasiqliyin əlamətlərindəndir
Quranın nəzərinə görə, qohumlarla əlaqəni kəsmək bədbəxtliyə və ruzinin azalmasına səbəb olar. Nəhayət o kəslər ki, rabitəni kəsiblər – onlar üçün əzab nazil edər. Xüsusilə də ruzinin azalmasına səbəb olar.

Quran buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).

Bu ayədən belə nəticəyə gəlmək olur ki, o kəslər ki, qohumları ilə əlaqəni kəsirlər – onlar fasiq insanlardırlar və yer üzündə fəsad törədirlər. Fasiqlər üçün yaxınlarına yardım etmək əhəmiyyətsiz bir işdir.

Əslində ehsan və infaq etmək onların nəzərində mənasız bir əməldir. Deyirlər ki, niyə axı biz zəhmət çəkməliyik və onlar bundan istifadə etməlidirlər? Ancaq Allahın əməllərinin aqibətindən qafildirlər.

Qurani-Kərimdə başqa yerdə buyurulur: “Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!”. (“Muhəmməd (s) 22).

“Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır”. (“Rəd” 25).

Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, Quranın nəzərinə görə, qohumlarla əlaqəni kəsmək – fasiqliyin əlamətlərindəndir. Çünki fasiqlər hətta qohumları ilə belə ikiüzlü rəftar edər və onlara xəyanət edərlər.

Hədislərimizin nəzərində də qohumlarla əlaqəni kəsmək məzəmmət olunmuş əməllərdən hesab olunur. Belə ki, İmam Sadiq (ə) buyurur: “Tez yox olmağa və fənaya bais olan günahlardan biri – yaxınlarla rabitəni kəsməkdir”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Haliqədən qorxun. Çünki ölümə səbəb olar və insanları məhv edər”.

Soruşurlar ki, haliqə nədir?

Buyurur: “Qohumluq əlaqəsini kəsmək”.

Bədihidir ki, qohumlarla əlaqəni kəsmək küdurət və münaqişəyə səbəb olar. Hədislərimizin nəzərinə görə, qohumlarla əlaqəni kəsmək ani ölümə və insanların məhv olmasına gətirib çıxardar.

Beləliklə deyə bilərik ki, küsmək həm Quran və həm də hədislərimiz tərəfindən bəyənilməyən əməldir ki, insanı fasiq edər və bu dünyadan tez köçməsinə səbəb olar.

Odur ki, rabitə və əlaqələrimizə diqqət edək.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031