Allaha necə aşiq olaq?
İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Bəndələrimin Mənə yaxınlaşdığı ən məhbub şey – o əməli yerinə yetirməkdir ki, onlara vacib etmişəm.
O, nafilə vasitəsilə Mənə yaxın olar, o zamana qədər ki, onu sevərəm. Eşitdiyi qulağı olaram. Gördüyü gözü olaram. Danışdığı dili olaram və tutduğu əli olaram””. Allaha aşiq olmaq üçün gərək ubudiyyət məqamında Ona sözsüz şəkildə itaət edək. O kəslər ki, bizə Allah razılığına zidd olan əməlləri yerinə yetirməyi əmr etsələr, ondan boyun qaçırtmalıyıq. Aşiq insan ubudiyyət sayəsində bir yerə çatar ki, Allahın izni ilə varlıq aləmini təsərrüf edər. Necə ki, soyuq və qara dəmir atəşlə görüşən zaman qızarar və axıcı olar, bu nuraniyyət və hərarət zatından meydana gəlməmişdir. Bəlkə atəşin bir parçası ona düşmüş və onu bu rəngə salmışdır. Aşiq insan Məşuqun razılığını əldə etmək üçün ancaq o şeylər haqqında düşünməlidir ki, məşuqun razılığı ondadır. Birinci dərəcədə vacibatları yerinə yetirməlidir. Məşuqu qəzəbləndirən əməllərdən uzaq olmalıdır. Nəfsini islah edərək, günahları tərk etməlidir. Ancaq bu zaman Məşuqun eşqinin bir parçasını özündə müşahidə edə biləcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|