Ayətullah Sistanidən koronavirus peyvəndilə bağlı suallara cavab
Suallar:
Böyük Təqlid Mərcəsi Ayətullahül Üzma Sistani həzrətlərinə salamımızı bildiririk. 1. Koronavirusa qarşı yaradılan Pfizer (Amerika), İsterazinka (Avropa) və Moderna peyvəndi istifadəyə hazır vəziyyətdədir, yaxında digər ölkələrə də satışa çıxarılacaq. Bəzi ölkələrdəki səhiyyə üzrə mütəxəssislər bu peyvəndləri, bir neçə mənfi təsirlərə baxmayaraq təsdiqləmiş və ümumi insanlar üzərində istifadəsinə icazə vermişlər. Fəqət müqəllidlərinizdən bir qismi bu peyvəndlərin zərərli ola bilmə ehtimalını verirlər; digər peyvəndlərə nisbətən bu peyvəndlər tez bir müddətdə sınaqdan keçirildi və nəticələr elan olmasa da, dövlətlər zərurət halında bunların istifadəsinə icazə verdilər. Bəzi millətlər isə əvvəllər gördüyü zərərə görə, buna əsaslanan təcrübələrini misal gətirərək bu peyvəndlərə şübhə ilə baxırlar. Ancaq bu bir həqiqətdir ki, çoxluq üçün böyük zərəri olduğu təsbit edilməmişdir. Bu durumda tövsiyəniz nədir? 2. Dövlətlərin peyvəndləmə ilə bağlı bəzi prioritetləri vardır: sırası ilə səhiyyə işçiləri, yaşlılar, təhlükəsizlik işçiləri və s. Ancaq bəziləri çox pul verərək sırası gəlmədən peyvənd əldə etmək və peyvəndlənmək istəyir. Bu prioritetlərə riayət etmək şəriət baxımından vacibdirmi? 3. Əgər bəzi üçüncü dünya ölkələri bütün vətəndaşları üçün peyvənd əldə etmək və bunu icra etmək gücünə sahib deyilsə, ya da vaxtında bunu edə bilmirlərsə, doktorlar isə imkan daxilində peyvənd edilməsini tövsiyə edirlərsə, satışa çıxarılan peyvəndlərə insanların gücü çatmırsa, xums və zəkatın peyvənd alınması və ehtiyac sahiblərinə vurulmasına icazə verirsinizmi? 4. Əgər peyvəndi istehsal edən şirkət onun təsirini bilmək üçün könüllülər istəyərsə və könüllülərin sağlamlığına təminat verərsə möminlər bu mövzuda könüllü ola bilərlərmi? Ancaq gözlənilməyən bəlkə də çox təhlükəli təsirləri olarsa, hətta ölümə səbəb olacaq vəziyyət yaranarsa necə? 5. Peyvəndin istifadə müddətinə qədər qorunması üçün müxtəlif maddələrdən istifadə edilir. Donuz jelatini bu maddələrdən biridir. Onlar peyvəndin tərkibini açıqlamamaq və ya nəcis maddələrdən istifadə etmədiklərini açıqlamaları kifayət edirmi? Peyvəndlərin çoxunda donuz jelatinin olduğu deyilir, əgər peyvəndin istehsalı zamanı istihalə – başqa bir şeyə dönməsi həyata keçərsə bunu araşdırmaq lazımdırmı? Əgər nəcis maddə peyvənd içində yox olubsa; ölüm təhlükəsi ehtimalının qarşısını almaq; peyvəndin tətbiq edilməsinin zərurəti üçün bir əsas ola bilərmi? Ayətullah Sistaninin Ofisindən verilən cavablar isə belədir: 1. Bu cür mövzularda ən uyğun şey, işin mütəxəssisi və savadlı həkimlərin sözlərinə güvənilməsidir. Şəriət baxımından isə təsdiqlənmiş peyvəndin lüzum və vacibliyi ancaq tətbiq edilməməsi durumunda koronavirusa yoluxmaq və nəticədə aradan qaldırılmayan can təhlükəsinin, peyvəndin ehtimal verilən şiddətli mənfi təsirlərindən daha çox olması durumundadır. 2. Prioritetlərə əməl etməmək əgər qanuna ziddirsə caiz deyildir. 3. Zəruri durumlarda problem yoxdur 4. Əgər can təhlükəsi və ya aradan qaldırılmayan əks təsirləri olarsa caiz deyildir; ancaq belə bir ehtimal çox zəif və dəqiq olmasa işkalı yoxdur. 5. Hər bir halda şəri baxımdan işkalı yoxdur (problem yoxdur) http://islamazeri.com/ Oxşar xəbərlər
|