Yaxşı həyat yoldaşı olmaq istəyən xanımlara 3 tövsiyə
Mьəllif: admin1
Tarix: 27-01-2021, 21:59
Yaxşı həyat yoldaşı olmaq istəyən xanımlara 3 tövsiyə
Xanımların yaxşı həyat yoldaşı olmaları üçün 3 şeyi bilməkləri zəruridir. Bu üç şey ibarətdir:

1. Özlərini hər bir çirkinlikdən təmizləməlidirlər. Yəni, hər bir yerdə iffət və pakətəkli olmalarına diqqət etməlidirlər.

Pakətəkli olmaq barəsində çox danışmaq olar. Bunun bir çox nümunələri vardır. Bəzilərinə toxunaq. Qadın özünü göstərməkdən, nümayiş etdirməkdən, diqqət cəlb etməkdən uzaq olmalıdır.

Qarşı cinslə təklikdə qalmamasına xüsusi diqqət etməlidir. Dediyinə, eşitdiyinə diqqət etməlidir. O cümlədən, fikir və baxışlarını kontrol etməsi – ən mühüm amillərdəndir.

Bunlar baş verəndə, həyat yoldaşının qəlbi rahatlıq tapar. İşinə-gücünə rahat gedib-gələr, öz ictimai və dini vəzifələrini qəlb hüzuru ilə yerinə yetirə bilər.

2. Qadın ev işlərinə nəzarət etməlidir. Qadın evdə vəzir rolunu oynayar. Kişinin bütün mal-dövlətinə və abırına nəzarət edər. Onların təhlükəyə düşməsinə mane olar. İsrafdan çəkinər.

O zaman ki, kişi bu zəhmətləri görər, qadına qarşı sevgisi və ehtiramı yaranar.

3. Qadın ərinə əlaqə və meyil göstərməlidir. Özünü onun üçün bəzəməlidir. Qadının gözəl libasları geyinərək özünü bəzəməsi kişinin qəlbini fəth edər, kişinin ona daha çox aşiq olmasına səbəb olar. Bu zaman kişinin qadına rabitəsi çox möhkəm olar.

Beləliklə deyə bilərik ki, İslam dini bəzənməyin və zinətin əleyhinə deyildir. O şeyə ki, diqqət olunmalıdır, odur ki, bu gözəllik və camal kimin qarşısında nümayiş olunacaqdır. Əlbəttə ki, bu insan – yalnız onun həyat yoldaşı olmalıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031