Peyğəmbərimiz (s) niyə düşməni lənətləmədi?
Ühüd döyüşündə müsəlmanlar çox zədə aldılar və yaralandılar. Həmzə kimi şəhid verdilər. Peyğəmbər (s) və İmam Əli (ə) başdan-ayağa qədər yaralanmışdılar.
Onlar çox kəskin bir vəziyyətdə qərar tuturdular. Bu çətin anda müsəlmanlardan biri Peyğəmbərimizdən (s) xəbər alır ki, o Həzrət (s) hansı səbəbdən düşmənləri nifrin etmir? Həzrət Peyğəmbər (s) də ona cavab olaraq əllərini göyə qaldırır və buyurur: “Allahım, mənim qövmümü doğru yola hidayət et, çünki onlar nadandırlar”. Nəql edilir ki, bir gün Həzrət Davud (ə) təkbaşına şəhərdən çıxır və dağlara tərəf gedir. Allah ona vəhy edir: “Niyə xəlqdən əlini kəsmisən və təkbaşına səhraya gedirsən?”. Həzrət Davud (ə) buyurur: “Sənə olan kəskin əlaqə və meylim məni bu işə vadar etmişdir ki, Səninlə daha çox rabitə qurum”. Uca Allah ona vəhy edir: “Şəhərə və insanlara tərəf geri qayıt. Əgər insanların içində hidayətlərinlə yolunu azmış bir nəfəri doğru yola hidayət etsən, sənin adını Lövhi-məhfuzda Həmid kimi qeydə alaram”. Bəli, Həzrət Peyğəmbər (s) yaxşı bilirdi ki, nifrin çıxış yolu deyildir. Ona görə də o, heç bir zaman qövmünü nifrinləməmişdir. Həmişə çalışmışdır ki, həll və çıxış yolu tapsın. Əksinə, qövmünün yaxşılığı üçün dua etmiş və Allahdan onların xeyirini istəmişdir. Allahdan istəmişdir ki, onları nadanlıqdan xilas etsin və qəflətdən oyatsın. Ancaq bu zaman insanlar hidayət ola bilərdilər. /Deyerler.org/ Oxşar xəbərlər
|