Əhdi pozmağın 2 halı. Bəyəniləni varmı?
Qurani-Kərim əhd bağlamağa xüsusi əhəmiyyət verir və insanı onun qarşısında məsul bilir. Uca Allah həmişə əhdinə vəfa edər və heç bir zaman ona xəyanət etməmişdir.
“Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!”. (“Bəqərə” 40). Sübhan Allah İlahi əhd barəsində Peyğəmbərinə (s) buyurur: “Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir”. (“Fəth” 10). Qurani-Kərim buyurur ki, o kəslər ki, əhdlərinə vəfa edirlər – ağıl sahibləridir. O kəslər ki, əhdlərinə xəyanət edirlər – əslində ağıldan kəmdirlər. Hətta əgər qeyri-müsəlman ilə əhd bağlasanız, o zamana qədər ki, onlar əhdlərinə vəfalıdırlar, siz də vəfalı olun. Bu, siyasi təqvadır. Əhdi pozmaq iki cür olur. Bəzən insan özü əhdi pozar. Bəzən də özü ilə əhd arasındakı rabitəni kəsər. Yəni, əhdə görə məsuliyyət daşımaz. İnsan bəzən yuxarı qalxmaq üçün möhkəm kəndirdən yapışar və ona söykənər. Ancaq əhdi pozmaq səbəb olar ki, həmin kəndir parçalansın və ya insan özü bilərəkdən əlini kəndirdən çəksin. Hər iki halda insan süqut edəcəkdir. Əhdə vəfa etməməyin hər iki halı bəyənilməzdir. Bunlar öz ardınca zəlalət və fasiqlik gətirər. Allahın cəzasına şamil olar. Belə insanı Allah lənətləyər. Sübhan Allah buyurur: “Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla – xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir”. (“Maidə” 13). Hər bir halda əhdi pozmaq – Allahın lənətinə səbəb olar. Ona görə də həqiqi mömin verdiyi sözə əməl edər və heç bir zaman əhdi pozmaz. /Deyerler.org/ Oxşar xəbərlər
|