Əməli küfr necə olur?
Mьəllif: admin1
Tarix: 30-01-2021, 20:54
Əməli küfr necə olur?


Günah edən kafirdirmi?

Hətta kəbirə günah edən kafir deyildir. Çünki, bağışlana biləndir.

Ancaq imanın iki mənası vardır.

Biri mükaşifə elmidir ki, həmin qəlb etiqadıdır. Günah qəlb etiqadı ilə təzad təşkil edir. Yəni, kimsə etiqad bəsləyir ki, Allah vardır, ancaq ona itaətsizlik edir.

Digər tərəfdən isə iman, müamilə elminin bir hissəsi olar. Yəni, imanı əməli cəhətdən təfsir edər, ya deyər: iman qəlb əqidəsinin məcmuəsidir və dildə etiraf etmək və qanunlarına əməl etməkdir.

Əgər bir şəxs günah edərsə, deməli bədən üzvləri ilə itaət etməmişdir. Ona görə də bədən üzvləri mömin deyildir.

Küfr Qurani-Kərimdə iki hissəyə bölünər: etiqadi küfrə və əməli küfrə.

Əməli küfrün nişanələrini bu ayədə görmək olar. “Onda (Allahın tövhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa, amandadır (amanda olmalıdır).

Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur”. (“Ali-İmran” 97).

Hər kim həcci tərk edərsə, əməli küfr etmiş olacaqdır. Əgər kimsə Allah vəlisinin hökmünə əməl etməzsə, əməl məqamında mömin deyildir.

Nəinki imanlı qəlbə malik deyildir. İman həm qəlbdə zühur edər, həm dildə zühur edər, həm bədən üzvlərində zahir olar.

O kəs ki, günah əhlidir günahları – imanın bu hissəsi ilə uyğunluq təşkil etmir. Nəinki bu insanın qəlb etiqadı yoxdur.

İnsan əgər dili ilə günah edirsə, deməli dil imanı yoxdur. Əgər əli ilə günah edirsə, deməli əl imanı yoxdur.

Hər bir halda insanın qəlb etiqadı vardır və ona görə də bu insan mömin hesab olunur.


(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031