Həqiqi imanın insana 3 təsiri
Mьəllif: admin1
Tarix: 31-01-2021, 13:11
Həqiqi imanın insana 3 təsiri
Həqiqi imanın insana 3 təsiri vardır:

1. Behiştdə dərəcəyə malik olmaq. Qiyamət günü həqiqi möminlər insanlar üçün iftirxar mənbəyi olacaqlar. Çünki bu dərəcə fəzilətdir.

Əlbəttə, Qiyamət günü insanların bir dəstəsi behiştə daxil olacaqdır. Bəziləri behiştin dərəcələrində qərar tutarlar. Bəziləri isə özləri dərəcədirlər.

2. İlahi bağışlanmağa şamil olmaq. Qiyamət günü həqiqi möminlər İlahi bağışlanmadan bəhrələnərlər. Əgər büdrəmələri vardırsa, Allah tərəfindən bağışlanarlar.

3. Kərim ruzidən bəhrələnmək. Kərim ruzi dedikdə, o böyük nemətlər nəzərdə tutulur ki, nöqsanın onlara yolu yoxdur. Həqiqi möminlər o kəslərdir ki, Qiyamət günü bu ruzi onların intizarındadır.

Kərim ruzi – behişt əhlinə aid olan ruzidir. İnsan behiştdə mələyə bənzəyər. Həsəd aparmaz ki, qəmi və qüssəsi olsun. Kərim ruzi ancaq axirətə aid edilmir. Bəlkə dünyada olan zaman belə, həqiqi möminlərə verilər.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031