Gürcüstanda sabahdan etibarən bu məhdudiyyətlər götürülür - SİYAHI
Mьəllif: admin1
Tarix: 31-01-2021, 21:36
Gürcüstanda sabahdan etibarən bu məhdudiyyətlər götürülür - SİYAHI
Sabah 1 fevral tarixindən etibarən ölkədə bir sıra məhdudiyyətlər götürüləcək.

24News.ge xəbər verir ki, sözügedən qərar Koordinasiya şurası tərəfindən verilib.

Şuranın qərarına əsasən, sabahdan etibarən aşağıdakı məhdudiyyətlər götürüləcək:

1.) Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyat, məktəblər, mağazalar və ticarət mərkəzləri bərpa ediləcək;

2.) Tbilisi, Kutaisi və Rustavi şəhərlərində mağazalar və ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq;

3.) Acarıyada açıq məkanlarda restoranlar fəaliyyət göstərəcək;

4.) Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi dayandırılmış xidmətlərin tədricən yenilənməsinə başlayacaq.

Buna daxildir: Nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsi, idxal və ixracla bağlı prosedurlar.

5.) Sürücülük vəsiqəsinin teoriya imtahanını vermiş, ancaq məhdudiyyətlər səbəbi ilə praktiki imtahana girə bilməyən şəxslər üçün praktiki imtahanlar bərpa ediləcək.

6.) Ölkənin bütün məkətblərində (Tbilisi, Kutaisi və Rustavi istisna olmaqla) dərslər sinif otaqlarında davam edəcək.

7.) Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviareyslər bərpa olunacaq.

8.) Cəzaçəkmə müəssisələrinə qısa müddətli ziyarət hüququ bərpa olunacaq.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031