Təməninə məqamına necə çatmaq olar?
İmanın dərəcələri vardır ki, onlardan bəzisi ola bilsin ki, insan üçün hətta süqut etmək imkanı yaratsın. Ancaq imanın ən yüksək dərəcəsi təməninə məqamıdır. Bu ali məqama çatmağın yolu isə günah etməməkdir. Əgər biz özümüzü günahla zəhərləməsək və Allah yolunda olsaq, heç bir çətinlik üz verməyəcəkdir. Əgər bəla da görsək – bu, bizim tərəqqi etməyimiz və kamala çatmağımız üçündür. Buğda o zamana qədər ki, anbardadır – qiyməti baha olar. O zaman ki, dəyirmanın daşı altında olar, qiyməti daha da artar. O zaman ki, təndirə gedər və çörəyə çevrilər – qiyməti əvvəlki qiymətlərdən daha baha olar və nəhayətdə, insanların yeməyinə çevrilər. Buğdanın sıxılması və əzilməsi – onun kamala çatmasıdır. Allah Təala Quranda buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155). Beləliklə deyə bilərik ki, təməninə - imanın ən yüksək dərəcəsidir. Və ona çatmaq üçün, insan günahdan uzaq olmalıdır. (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|