İnsanın dedikləri yaxşı və pis sözləri kim yazır?
Mьəllif: admin1
Tarix: 3-02-2021, 21:57
İnsanın dedikləri yaxşı və pis sözləri kim yazır?
İmam Əli (ə) buyurur: “Dil – o vəhşidir ki, əgər boş buraxsan, sənə ziyan vurar və səni parçalayar”.

Əslində dil bir əqrəbdir ki, əgər onu boş buraxsanız, sizi sancar. Bu dil insana nicat da verə bilər, insanı bədbəxt də edə bilər.

Hər gün bədənin başqa üzvləri dildən soruşarlar ki, halın necədir? Onlar dilə deyərlər ki, əgər sən imkan versən, biz amanda olarıq. Əgər dilini boş buraxsan, bu dil insanı bədbəxt edər.

Qurani-Kərimdə görürük ki, insan dilinə bir söz gətirən kimi, Rəqib ilə Ətid ona nəzarət edər. “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 18).

İnsanın etdiyi hər bir hərəkət – sözləri, imzası, işarəsi, qiyamı – bunların hamısı ona aiddir.

İnsan ən mühüm işlərini dili ilə həll edər. Əgər insanın ağzından çıxan söz həsənə olarsa, Rəqib ilə Ətid orada hazır olar. Əgər həmin söz pis söz olarsa yenə də Rəqib ilə Ətid orada hazır olar.

Hədislərimiz buyurur ki, dil bir şey deməzdən əvvəl insanın bütün bədən üzvləri amanda olar. Ancaq elə ki, bir söz deyər və bu söz qalan bədən üzvləri tərəfindən bəyənilməz – ancaq çarəsiz olaraq, onlar bu sözə uyğun qiyam edərlər.

Hər bir halda deyə bilərik ki, insan dilinin girovundadır. Əgər dil özünü ağıla tabe edərsə və onun buyurduqlarına uyğun yaşayarsa, insan amanda olar. Ancaq əgər dil sancan əqrəb olarsa, bu zaman insanı bədbəxt edər və aqibətini yandırar.

Ona görə də insanın cənnətlik və ya cəhənnəmlik olmasını dili həll edər. Əgər Allah bəyənən kimi yaşayarsa, insanı mömin edər. Yox, əgər bunun əksini deyərsə insanı kafir edər.

Dilimizin bizi behiştə aparacağı ümidi ilə...

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031