İnsan nə zaman təfəkkür edə bilmir?
Mьəllif: admin1
Tarix: 3-02-2021, 22:01
İnsan nə zaman təfəkkür edə bilmir?
Qurani-Kərimdə qəlb qəsavəti barəsində çox söz deyilmişdir. Belə deyildir ki, qəlbin qapısı olsun və üzərində qıfıl asılmış olsun.

Əgər qəlb qıfılından söhbət gedirsə, qəsavət nəzərdə tutulur. Günah çirki qəlbi get-gedə qəsavətli edər. Qəsavətli qəlb təfəkkür etmək qabiliyyətini əldən verər. Belə ki, bu qəlb ağırlaşar və iki təhlükə ilə üzləşər.

Birincisi – daxilindəki səsini eşidə bilməz, ikincisi isə qəlb qəsavəti qoymaz ki, insan xaricdən səslər eşitsin. Qəlb ki, bağlanar, o zaman biz nə öz səsimizi eşidərik, nə də xaricdən gələn səsləri.

Nə İlahi peyğəmbərin (ə) moizələri daxilə nüfuz edə bilər, nə də bizim daxilimizdə olan söz xaricə çıxa bilməz.

Qəlbin qıfıllanması – onun qəsavətə bürünməsidir. Bu cür qəlbə nəinki xaricdən bir şey nüfuz etməz, hətta insan öz səsini belə eşitməz.

Biz iki çıraq vasitəsilə Siratı tanıyırıq. Ya ağıl çırağı ilə, ya da hədis çırağı ilə. Əgər ağıl ilə dərk etsək, bu, o fəaliyyətdir ki, bizi daxildən agah edir. O zaman ki, bağlanar və yolu kəsilər, nəfs qüdrətsiz olar.

O zaman ki, qəlb daş kimi olar – heç kəsin səsi ona təsir etməz, heç kəsin moizəsi ona əsər qoymaz. Daxildən də qulağı bağlıdır və vicdanının, ağlının səsini eşitməz. Bu insanların ləvvamə nəfsləri ölmüş olur.

Əgər ləvvamə nəfsləri diri olsaydı, gecəni yata bilməzdilər. Heç bir pis iş görməz və pis işə nifrət edərdilər. Lakin ləvvamə nəfs öldüyü üçün, onlar etdikləri günahdan belə ləzzət alırlar.

Çünki bu insanların qəlbləri bağlanmışdır. Bu qəlb təfəkkür etmək qabiliyyətinə malik ola bilməz.

Bundan çıxış yolu odur ki, insan səmimi tövbə etsin, Allahdan tofiqat istəsin.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031