O kəslər ki, bağışlanma müjdəsi alıblar
Uca Allah Qurani-Kərimdə buyurur: “Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver”. (“Yasin” 11).
Bu ayədə bir neçə nöqtəyə diqqət etmək lazımdır. 1. Bu ayədə Peyğəmbərin (s) nəsihətlərini eşidən insanlara nəsihətin iki təsiri bəyan edilmişdir: zikrin ardıcılı olmaq və gizlində Allahdan qorxmaq. Yəni, nəsihət ancaq o kəslərə təsir edir ki, eşidən qulağa və hazır qəlbə malikdirlər. Nəsihətin təsirindən bu insanlar zikr edərlər və gizlində xəşiyyətə malik olarlar. 2. Bir çox təfsirçilərin nəzərinə görə, zikr deyildikdə, Müqəddəs Quran nəzərdə tutulur. Yəni, bu insanlar Quranı təsdiq edərlər və o zaman ki, Quran ayələri oxunar, ona tərəf meyil edərlər. 3. Xəşiyyətin mənası odur ki, əzəmət hissi ilə olan qorxudur. Bu ayə buyurur ki, insan Allahdan qorxmaqla yanaşı, Ona ümid bəsləməlidir. Hər iki amil, yəni xof və rəca – insanı təkamül etdirər. 4. Gizlində deyildikdə, ehtimal verilir ki, insanların gözündən uzaqda mənasını daşıyır. Yəni, bu insanın xəşiyyəti riyadan uzaqdır. Bu insan həm aşkarda və həm də gizlində riyadan pakdır. 5. Peyğəmbər (s) əvvəl nəsihət edər və əgər bu nəsihəti insana təsir edər və əməlində zahir olarsa, o zaman onu bağışlanma ilə müjdələyər. Müjdə verər ki, Allah onun büdrəmələrini və günahlarını bağışlamışdır. Allahın onu bağışladığını bildirər və kərim əcr ilə müjdələyər. Kərim əcr – o əcrdir ki, insan Allahdan tələb etmədən, Allah ona böyük mükafat verər. Əlbəttə ki, kərim əcr – şübhəsiz ki, behiştdir. /Deyerler.org/ Oxşar xəbərlər
|