İgidliyin ən yüksək dərəcəsi nədir? – Məsumların (ə) mübarək dilindən
İmam Sadiq (ə) buyurur: “Üç insan üç yerdə tanınar: səbirli – qəzəb zamanı, şücaətli – müharibə zamanı, qardaş – ehtiyaclılıq zamanı”.
İmam Əli (ə) buyurur: “Şücaət – hazır izzətdir, qorxu – aşkar zillətdir”. İmam Həsən Əsgəri (ə) buyurur: “Şücaətin ölçüsü vardır ki, əgər ondan yuxarı qalxarsa, dəliqanlıqdır”. İmam Əli (ə) buyurur: “Şücaət – izzətin yarısıdır”. İmam Əli (ə) buyurur: “Gücsüzlük – bəladır, səbir – şücaətdir, zahidlik – sərvətdir, təqva – qalxandır, ən yaxşı yoldaş – razılıqdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Biz Əhli-Beytə (ə) yeddi şey əta olunmuşdur ki, bizdən əvvəl və sonrakılara əta olunmamışdır və əta olmayacaqdır: nuranilik, fəsahət, səxavət, şücaət, elm, əməl və qadınlara sevgi”. İmam Əli (ə) buyurur: “Qeyrət – şücaətin meyvəsidir”. Həzrət Peyğəmbər (s) buyurur: “İgidliyin kamalı odur ki, kimsə qəzəblənsin və qəzəbi şiddətlənsin və siması qızarsın, tükləri titrəsin – ancaq qəzəbinə hakim olsun”. /Deyerler.org/ Oxşar xəbərlər
|