Cinlər ancaq pis olurmu?
Bizim cinlər haqqında məlumatımız çox azdır. Ancaq hədislərdən istifadə edərək başa düşürük ki, onlar da ağıl sahibi olan və üzərlərində təklifi olan varlıqlardırlar.
Baxmayaraq ki, fikri qüdrətləri zəifdir, ancaq qüdrətə malikdirlər. Çox qısa zamanda fövqəladə işlər görə bilirlər. Cinlər də saleh və şər olanları vardır. İnsanlar belə düşünür ki, cinlərin hamısı şərdir və insanlara əziyyət vermək üçün yaranıblar. Ancaq bu, belə deyildir. Bu, xurafatdır və ağılla uyğunluğu yoxdur. Cin də insan kimi mükəllifdir. Axirətdə o da hesab verəcəkdir. Bu dünyada müti və ya günahkar ola bilər. Mömin və ya müşrik ola bilər. Mömin olanları Məsumların (ə) xidmətində olmuşdular. Mömin cinlər Əhli-Beyt (ə) davamçılarını öz qardaşları hesab edirlər. Baxmayaraq ki, cin fikri cəhətdən acizdir, dərki qüvvətli deyildir. Daha çox xəyali və vəhaməlidir. Ancaq fiziki qüvvəsi çoxdur. Süleymanın (ə) zamanında iftirlər deyirlər ki, Bilqeysin taxtını gətirə bilərlər və Süleyman (ə) onların bu sözünü inkar etmir. Onların nəyə qadir olduqlarını yaxşı bilir. Ancaq bunu da qeyd etmək lazımdır ki, cinləri insanların gözündə çox böyüdüblər. Onlar haqqında çoxlu yalanlar və xurafatlar yayıblar. Onları ancaq əziyyət verən varlıqlar kimi tanıdıblar. Ancaq əslində belə deyildir. Bununla yanaşı, insan bəzi dualar vasitəsilə onlardan amanda qala bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|