Əvvəl yerə bax, sonra ayağını qoy – aqibətini düşünməklə bağlı zərb-məsəllər
Mьəllif: admin1
Tarix: 6-02-2021, 11:52
Əvvəl yerə bax, sonra ayağını qoy – aqibətini düşünməklə bağlı zərb-məsəllər
Mübarək İslam dini insanın öz aqibətini düşünməyə böyük əhəmiyyət verən bir dindir.

Quran insana tövsiyə edir ki, aqibətini düşünən olsun. Elə əməl etsin ki, dünya və axirəti abad olsun. Hər bir insan bir işə başlamazdan əvvəl, onun aqibətini düşünməlidir.

Əvvəldən nəticəsini ölçməlidir. Əgər həmin işin halına faydası yoxdursa, o işi görməsin. Heç bir zaman düşünmədən bir işə əl atmasın.

Bununla bağlı zərb-məsəllərə qulaq asaq:

1. O qədər bişir ki, ta onu yeyə biləsən.

2. Əvvəl ayağının yerini möhkəm et, sonra addım at.

3. Əvvəl suyun dərinliyini ölç, sonra içində üz.

4. Əvvəl yerə bax, sonra ayağını qoy.

5. Qorxu, ağıldandır.

6. Aqil niyə elə iş görsün ki, sonra peşman olsun?!

7. Əvvəldə əgər işin özünə baxmasan, axırda cəzasını çəkəcəksən.

8. O zamana qədər ki, addımlarını möhkəm etməsən, ayağını heç bir işə qoyma.

9. Öləndən sonra dərman kimə fayda verər ki?!

10. İşin əvvəllindən axırını gör ki, Qiyamətdə peşman olmayasan.

11. Canavarın başını əvvəldən kəsmək lazımdır ki, insanların qoyunlarını parçalamasın.

12. Aqil o kəsdir ki, sonu düşünər.

13. Hər gün sabahına nəzər sal.

14. Vay o kəsə ki, aqibətini düşünən deyildir.

15. Hər kim əvvəldən işin axırına nəzər salar – xəcalətli olmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031