Alimə salavat göndərmək düzgündürmü?
Xacə Nəsir, İmam (ə) nəslindəndir. Xacə nə zaman Seyyid Murtəzanın adını çəkərdi, ona salavat göndərərdi.
Şagirdləri də təəccüb edərdilər ki, görəsən alimə salavat göndərmək olarmı? O, cavabında buyurardı: “Allah Təala “Əhzab” surəsində möminlərə salavat göndərmişdir. Mələklər möminlərə salavat göndərmişdir. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur. O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43). O zaman ki, mələklər möminlərə salavat göndərərlər, yeri vardır ki, böyük məqama malik olan Seyyid Murtəzaya da salavat göndərsinlər. O, çox böyük bir alim olmuşdur”. Xacə bu yolla öz elmi ədəbini və təvazökarlığını nümayiş etdirmişdir. (Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|