Vəsiyyət namazı necə qılınır?
Vəsiyyət namazını Həzrət Peyğəmbər (s) tövsiyə etmişdir ki, onun qılınma qaydası ilə tanış olaq.
Bu iki rükətli namazdır. Birinci rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 13 dəfə “Zəlzələ” surəsi oxunur. İkinci rükətdə isə “Həmd”dən (“Fatihə”dən) sonra 15 dəfə “Tövhid” surəsi oxunur. İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Məğrib və işa namazları arasında olan iki rükətli namaz barəsində sizə tövsiyə edirəm. Hər kim hər ayda bu namazı qılarsa, möminlərdəndir. Hər kim hər il bu namazı qılarsa möhsünlərdəndir. Hər kim hər cümə bu namazı qılarsa, muxlislərdəndirr. Hər kim hər gecə yerinə yetirərsə, behiştdə mənimlə olacaqdır və bunun savabının həddini Allahdan başqası bilməz””. /Deyerler.org/ Oxşar xəbərlər
|