İmam Xomeyni: İnsan müsafirdir
İnsan müsafirdir. Hər bir müsafirin miniyi və azuqəsi olmalıdır. İnsanın azuqəsi onun xislətidir. Bu səfərin miniyi çox qorxulu və təhlükəlidir.
Bu yol qaranlıq, dar, qılıncdan iti, tükdən nazik (1) və mərdlik himmətidir. Bu qaranlıq yolun işığı iman və bəyənilmiş xüsusiyyətlər, gözəl əxlaqdır. Əgər bir kəs süstlük göstərsə, bu yoldan keçə bilməyəcək, üzü üstə oda düşəcək, zillət torpağı ilə yeksan olacaq, həlakət uçurumuna düşəcək. Bu yolu keçə bilməyən kəs axirət siratını da keçə biməyəcək. (“Şərhi çehel hədis”, səh. 98.) Bu aləmdə düzgün nübüvvət və vilayət yolunda addım ata bilsən, Əli ibn Əbu Talibin (ə) vilayət yolundan sapınmasan, ayağın büdrəməsə, siratdan keçməkdə sənə qorxu yoxdur. Çünki siratın həqiqəti vilayətin batini surətidir. Hədisdə də gəlmişdir ki, Əmirəlmöminin Əli (ə) siratdır. (2) Digər bir hədisdə deyilir: “Bizik sirati-müstəqim.” (3) Camiə ziyarətində gəlmişdir: “Siz böyük yol və möhkəm yolsunuz.” (4) Hər kəs bu yolda müqavimətlə hərəkət etsə və qəlbinin ayağı titrəməsə, axirət siratında da ayağı titrəməz və gözqamaşdırıcı ildırım sürətilə oradan keçər. (“Şərhi çehel hədis”, səh. 360.) Bu dünya, bizim ötüb-keçməli olduğumuz bir dünyadır. Əbədi yaşayacağımız dünya deyil. Bu bir yoldur. Elə bir yoldur ki, övliyaların onu getdiyi kimi düz gedə bilsək, xoşbəxtik. Peyğəmbərlər və övliyalar cəhənnəm odunu görmədən bu siratdan keçəcəklər: “Biz keçdik və cəhənnəmi sönmüş gördük.” (5) Əgər (Allah eləməmiş) burada, bu yolda ayağımız sürüşsə, orada da bu sürüşmə baş verəcək, ayağımız sürüşəcək, çətinliklərə düşəcəyik. (“Səhifeyi-İmam”, c. 3, səh. 235.) 1. “Biharul-ənvar”, c. 7, kitabul-ədli vəl-məad, babu muvafiqil-qiyaməti və zəmani məksin-nasi fiha, səh. 125, hədis 1. 2. “Məanil-əxbar”, babu mənis-sirat, səh. 32, hədis 2. 3. “Məanil-əxbar”, babu mənis-sirat, səh. 35, hədis 5. 4. “Uyuni-əxbarur-Rza”, c. 2, səh. 274. 5. “Elmul-yəqin”, c. 2, səh. 971. Oxşar xəbərlər
|