Qiyamət günü bu insanların arasında olmayaq
Mьəllif: admin1
Tarix: 8-02-2021, 20:42
Qiyamət günü bu insanların arasında olmayaq
Həzrət Peyğəmbər (s) buyuruşlarının birində Allahın düşmən bildiyi səkkiz nəfərin adını çəkir ki, Allah Qiyamət günü onlara qəzəblənəcəkdir.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Qiyamət günü səkkiz nəfər vardır ki, Allah yanında ən düşmən insanlardırlar:

1. Yalançılar.

2. Təkəbbür əhli.

3. O kəslər ki, qardaşlarının kinini qəlblərində saxlayarlar.

4. O kəslər ki, Allaha və Peyğəmbərə (s) tərəf çağırılarlar – ləngiyərlər. Elə ki, şeytana tərəf çağırılarlar – tələsərlər.

5. O kəslər ki, nə zaman dünya nemətləri onlar üçün cilvələnər, onu and içməklə özləri üçün halal hesab edərlər – baxmayaraq ki, ona haqları belə yoxdur.

6. Söz gəzdirənlər.

7. Qardaşlar arasına təfriqə salanlar.

8. O kəslər ki, günahsızlar üçün büdrəmələr düzəldərlər.

Rəhman Allah bunları çirkin hesab edir.

Allah Təala bizləri bu və digər mənfi hallardan xilas etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031