Hacətin yerinə yetməsi üçün 6 zikr
Mьəllif: admin1
Tarix: 28-02-2024, 11:59
Hacətin yerinə yetməsi üçün 6 zikr
1. İmam Rza (ə) buyurur: “Hər mömin şəxs bu adı (“Ya Məlik”) 19 dəfə xalis niyyətlə, Allaha və mənasına diqqət edərək oxuyarsa, xəlqdən ehtiyacsız olar, dünya və axirətdə zəngin olar”.

2. Hacətin həyata keçməsinə səbəb olan zikrlərdən biri də istiğfar zikridir. Onların ən məşhur olanı bu zikrdir: “Əstəğfirullahə Rabbi və ətubu iləyh”.

Nəticədə günahlar bağışlanar, ruzi artar və hətta övlad sahibi olmağa yardım edər.

3. İmam Rza (ə) buyurur: “Hər mömin şəxs səhər vaxtı təharətli əllərini göyə qaldırarsa və 19 dəfə xalis niyyətlə, Allaha və mənasına diqqət edərək, “Ya Basit” deyərsə və əllərini üzünə çəkərsə, heç bir zaman möhtac olmaz. Yoxsulluq qəmindən nicat tapar və güman etmədiyi yerdən ona nemət çatar və ruzisi çoxalar”.

4. İmam Sadiq (ə) buyurur: “O kəs ki, 1000 dəfə deyər: “Lə həulə və lə quvvətə illə billəh”, Allah Kəbə ziyarətini onun ruzisi qərar verər, əgər ölümü yaxınlaşarsa, Allah onu təxirə salar o zamana qədər ki, həcci ruzisi qərar verər”.

5. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey tərəzidə nə qədər də ağırdır: təsbihati-ərbəəni (yəni dörd zikri) demək, müsəlmanın ölən layiqli övladı və o, övladının ölümünə görə səbir ətəyini əldən verməz, Allahın hesabına buraxar”.

6. Ruzinin artması üçün hər gün “Ya Ğəfur, ya Vədud” zikrini 77 dəfə deyin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031