Həqiqi kimlik və əsl ləyaqət
Titullar, adlar, yüksək məqamlar, vəzifə kürsüləri insanın kimliyini müəyyənləşdirmir. Sözün əsl mənasında “həqiqi kimlik və əsl ləyaqət” tamamilə başqa bir şeydir. Eynilə hədis və rəvayətlərdə buyurulduğu kimi:
أَشْرَافُ أُمَّتِي حَمَلَةُ الْقُرْآنِ وَ أَصْحَابُ اللَّيْلِ “Ümmətimin ən şərəflisi (ən ləyaqətli və ən sərvətlisi) Quran daşıyıcıları və gecə əhli olanlardır.” (“Məanil-əxbar”, səh.178.) “Ən şərəfli, ən ləyaqətli olmaq” anlayışı maddi əsaslar üzərində dayanan quruluşlarda bir, İslam qurluşunda isə başqa bir məna kəsb edir. Ən şərəfli, ən ləyaqətli o kəslərdir ki, “əshabul-ləyl”dirlər (gecə əhli olanlardır) ‒ yəni Allah naminə gecələr namaza duranlar, yaxud gecə vaxtı xalq üçün çətin işlər görənlərdirlər. Yaxud da ən şərəfli insanlar o kəslərdir ki, Qurani-Kərimin daşıyıcısıdırlar, Quranla ünsiyyətdədirlər, Quranın nuru, Quranın bələdçiliyi ilə hərəkət edirlər. İslam məntiqində, İslamın dəyərlər sistemində “ən şərəfli, ən ləyaqətli” şəxslər pulu, sərvəti, ictimai mövqeyi olanlar deyil. Təvazökarlıq və eqoizm girdabında batmamaq prinsipiallığın mühüm amili olan göstəricilərdəndir. Bu göstəricinin bizə birbaşa aidiyyatı var. Baxın, əzizlərim! Sizlərdən hər biriniz yüksək postlar tutursunuz və sizə böyük ehtiram göstərilir. İnsanlar sizinlə qarşılaşdıqda, ünvanınıza təriflər söyləyir, sizi yüksək qiymətləndirdiklərini büruzə verirlər. Bəziləri bunu, həqiqətən, səmimi-qəlbdən, bəziləri isə sizə xoş gəlmək məqsədilə edirlər. Biz özümüz diqqətli olmalıyıq ki, bizə ünvanlanan tərif dolu sözlərə inanıb aludə olmayaq. Biz öz daxilimizə nəzər salmalıyıq: بَلِ الْإِنسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ “Doğrusu, insan özü-özünə agahdır!” (“Qiyamət”, 14.) Nöqsanlarımızı, əyər-əskiklərimzi və çatışmayan cəhətlərimizi görməli, gəlişigözəl sözlərə əsla aldanmamalıyıq. Bu cür sözlərə uymaq insanı təkəbbür və eqoizm girdabına atır. İnsan özü özünü obyektiv qiymətləndirməsə, daha heç bir zaman həmin girdabdan xilas ola bilməz. (Ali Rəhbər Ayətullah Xameneinin hökumət nümayəndələri ilə görüş – 06.06.1385.) Maide.az Oxşar xəbərlər
|