Necə edək ki, günaha bulaşmaqdan pak olaq?
Mьəllif: admin1
Tarix: 11-02-2021, 10:14
Necə edək ki, günaha bulaşmaqdan pak olaq?
“Əgər sağlam yaşayıb pak qalmaq istəyirsinizsə, gərək bu hədəfə çatmaq üçün səy göstərəsiniz. Günah amillərindən uzaq olasınız. O şey ki, əmmarə nəfsi təhrik edir – onu yolunuzun üstündən götürəsiniz.

Ancaq əgər nalayiq dostlarla yoldaş olmaq istəyirsinizsə, haram toylarda iştirak etmək istəyirsinizsə və nalayiq filmlərə baxmaq istəyirsinizsə – o zaman pak qalmağınız mümkünsüzdür.

Məgər mümkündürmü ki, insan ağ paltar geyinib tüstü dolu otağa daxil olsun və oradan heç bir ləkə almadan çıxsın?! Bütün bunlar şeytanın tələləridir.

Bütün bunlar şeytanın rəngarəng tələləridir ki, insanı addım-addım uçurama tərəf aparar. O zaman ki, uçurumun ağzında olar – ən kiçik büdrəmə ilə uçuruma süqut edər.

Ona görə də hər kim pak qalmaq istəyirsə gərək dostlarına, ətrafındakı mühitə və insanlara nəzər salsın. Oxuduğu və baxdığı şeylərə diqqət etsin. Ancaq bu zaman günahdan pak qala bilər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031